Latviyanın yeni seçilmiş prezidenti Eqil Levits ilk mətbuat konfransını keçirib.
Jurnalistlərin suallarını yalnız latış dilində cavablandıran Prezident, bütün müsahibələrə və suallara açıq olduğunu, lakin cavabları ancaq rəsmi dövlət dilində verəcəyini bildirib. Eqil Levits deyib ki, o, Latviyada yaşayan, dinindən və dilindən asılı olmayaraq bütün xalqların və milli azlıqların rəhbəri olacaq, onların hüquqlarının qorunması üçün əlindən gələni əsirgəməyəcək.
Yeni komandasını toplamağa başlayan Latviya prezidentinin mətbuat katibi keçmiş prezident Vayra Vike Freyberqanın yanında eyni vəzifəni daşımış Ayva Rozenberq olacaq.
Hansı yeni qərarları verəcəyi barədə sualı cavablandıran prezident, bu barədə açıqlamalarını inauqurasiyadan sonra edəcəyini vurğulayıb.
Qeyd edək ki, Latviyanın yeni prezidentinin inaqurasya mərasimi iyulun 8-də keçiriləcək.