Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin istefa verdi Ukrayna KİV-nə istinadən bildirir ki, bunu administrasiyadakı mənbələrdən biri də təsdiqləyib.
Mənbənin bildirdiyinə görə, qərar Kiyevdəki Avropa Meydanına toplaşan etirazçılara qarşı milislərin davranışları səbəb ola bilər.
Qeyd edək ki, noyabrın 30-da Ukrayna vaxtı ilə səhər saat 4 radələrində “Berkut” xüsusi təyinatlıları meydanı mühasirəyə alaraq orada etiraz edənlərə qarşı zorakılıq tətbiq ediblər.