“Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərin 70 faizi yekunlaşıb.
Şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası zamanı qazılan küçə və dalanlara “Azərsu” ASC-nin podratçıları tərəfindən yeni asfalt örtüyü döşənir.
Artıq bir çox küçə və dalanlarda işlər yekunlaşıb. Hazırda şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində yolun yenidən qurulması işləri aparılır.
Şamo Əliyev