Abşeron rayon Şahmat məktəbində Şahmat üzrə uşaq, yeniyetmə və gənclər arasında 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş rayon turniri keçirilib.
Turnirdə Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron rayon Şahmat məktəbinin müəlliməsi, Respublikanın tanınmış şahmat məşqçisi Rühəngiz Dibirova ,mətbuat nümayəndələri və valdeyinlər iştirak ediblər.
Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanda Şahmatın inkişaf etdirilməsi Dövlət proqramının icrasını təmin etmək, şahmat idman növünü Abşeronda inkişaf etdirmək, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etmək, istedadlı şahmatçıları aşkar edərək onların ustalıq dərəcələrini artırmaq olub. Yarışda 50-dən çox idmançı (A və B quruplarında qızlar və oğlanlar ) öz bacarığını sınayıb. A və B quruplarında İlk 3 yerin sahibləri Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom,medal, kubok və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.
Qeyd edək ki, keçirilən bu turnir 9 turdan ibarət olub və İsveçrə sistemi üzrə keçirilib,
Abşeron Xəbər-ə müsahibə verən Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev qeyd edib ki, son vaxtlarda Xırdalanda tikilən sosial təyinatlı obyektlərdən biri də şahmat məktəbidir. Bu məktəbdə də yüksək şərait yaradılıb, balacaların şahmatın sirlərinə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Bütün bunlar rayon rəhbəri İradə Gülməmmədovanın Abşeronda şahmatın inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğının bariz nümünəsidir . Yaradılan şərait şahmatçılarımızın beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazanmasına, yüksək nəticələr əldə etməsinə imkan verib. Belə ki, məktəbin yetirmələri rayonumuzu ölkədaxili və beynəlxalq turnilərdə təmsil edir, yüksək naliyyətlər əldə edirlər.
Ə.Əmirəliyev sonda onuda vurğulayıb ki, Şahmat məktəbinin əsas vəzifəsi idmanın bu intellektual növünün Abşeronda kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.