Xəbər lentİ

Abşeron təhsilinin nümayəndələri DTX-nın “Şöhrət” muzeyini ziyarət edib (FOTO)

14:51, 12.12.19
Oxunub: 2 551
FOTO / TƏHSİL
Abşeron təhsilinin nümayəndələri  DTX-nın “Şöhrət” muzeyini ziyarət edib (FOTO)


Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova və rayon ərazisində fəaliyyət göstərən təhsil müəsissələrinin rəhbərləri Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.

Qonaqlar Ulu öndərin büstü önünə əklil qoyaraq, muzey eksponatları ilə tanış olublar. Daha sonra muzey haqda qısa film nümayiş olunub.
Görüşün sonunda , N.Məmmədova xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi ilə yaradılıb. Unikal məzmuna və nəfis tərtibata malik olan “Şöhrət” muzeyini, eləcə də Ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı açıb.

Abşeron təhsilinin nümayəndələri  DTX-nın “Şöhrət” muzeyini ziyarət edib (FOTO)
Abşeron təhsilinin nümayəndələri  DTX-nın “Şöhrət” muzeyini ziyarət edib (FOTO)

Fikirlər

 Oxşar xəbərlər: