Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir tötfələrdən biridə Qobustan və Gəmiqaya təsvirləri,həmçinin epiqrefik abidələrdir.Tarixi faktlar sübut edir ki,bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən istifadə etmişdir.Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı heroqliftlərdən də istifadə olunduğu məlumdur.
Ulu əcdadlarımız olan Albanların 52 hərifdən ibarət əlifbası vardı.Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar yüz illər boyu ərəb dili elm və təhsil dili olmuşdu.Sonralar 1922-ci ildə latın,1940-cı ildən isə kiril əlifbasına keçilmişdi
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu.
Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi. Ümummilli liderin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Az-n dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
AYB Abbşeron bölməsinin sədri Şəhla Ağbulud və Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyevin təşkilatçılığı ilə Abşeronlu yazarlar və Abşeronun fəal gəncləri bu günü Qobustan milli tarix-bədii qoruğunda qeyd etdilər.Əvvəlcə «Qobustan» milli tarixi-bədii qoruq muzeyinə baş çəkdilər. Ş.Ağbulud burada iştirakçıları təbrik etdi.İlk əlifbamızın qayaüstü rəsmlərdən başlandığını,əlifbamızın keçdiyi yoldan söz acdı.
Ə.Əmirəliyev tariximizin,dilimizin dəqiq öyrənilməsinin zəruri olduğunu söylədi.Şamo Əliyev fəal gəncləri ətrafına toplayıb qavaldaşda ritimlər ifad edərək şənlik yaratdı.Hamı bu səfərdən razı və məlumatlı qayıtdı