Xəbər lentİ

Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

17:14, 08.09.15
Oxunub: 1 670
Gundem
Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq



Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bolqarıstan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və "Bolqarıstan" sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Redaktor: Ayşə Bayramova

Fikirlər

 Oxşar xəbərlər: