Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Tarix:5-10-2015, 22:31

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib


Abşeron rayonunda Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova son illər ölkəmizdə milli təhsil sisteminin inkişafında həyata keçirilən islahatlardan, əldə olunan nailiyyətlərdən söz açıb.

Bildirilib ki, Azərbaycan təhsili ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Prezident İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq olunub. Dövlətimizin başçısının digər Sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla iki dəfə artırılıb. 2015-2016-cı tədris ili üçün birinci sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsi ilə həyata keçirilib. Yeni dərs ili üçün bir sıra tədris müəssisələrində təmir və yenidənqurma işləri aparılıb.
Diqqətə çatdırılıb ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Çoxlu məktəb binası inşa olunub və yenidən qurulub. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunub.

Daha sonra çıxış edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Kamran Rzayev vurğulayıb ki, 2014-2015-ci tədris ilin məzunların ali məktəblərə qəbulu keçən illərə nisbətən bu il daha yüksək olub və ali məktəblərə məzunların 71,9 % yəni 1302 nəfər sənəd verib və onlardan 877 nəfəri tələbə adını qazanıb. Bu da keçən dərs ilinə nisbətən 3 % yüksək nəticədir. Yola saldığımız tədris ilində rayonun təlim tərbiyə müəssisələrində bir sıra müsbət işlər görülüb,uğurlu nəticələr əldə edilib, məktəblərdə təlim tərbiyənin keyfiyyəti yüksəldilib,məktəb-ictimaiyyət-valideyn münasibətləri xeyli yaxşılaşdırılıb.2014-2015 ci dərs ilinin əvvəlki illə müqayisəsi göstərir ki, təkcə bir tədris ilində rayon üzrə məktəblərdə şagird sıxlığı sabit saxlanılmaqla yeni dərs ilində artım 162 sinifdə 4073 nəfər şagird artımı olub. Artım nəticəsində məktəblərdə şagird sıxlığı yüksəlib. Bu sıxlığı aradan qaldırmaq məqsədilə Xırdalan şəhərində 10 №-li, Mehdiabad qəsəbəsində 4 №-li tam orta məktəb, Xırdalan 1, 4 və 7 saylı tam orta məktəblərdə əlavə tədris korpusu istifadəyə verilib. Nəticədə bu sıxlıq əsasən aradan qaldırılıb. Eləcə də, gənc nəsilin təlim-tərbiyəsində uğurlarına görə Xırdalan şəhər 2 №-li və Masazır kənd 2 №-li tam orta məktəblər ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “İlin məktəbi” müsabiqəsinin qalibi olub.

Konfransda Abşerondan olan gənclərin Azərbaycan təhsilində qazandıqları uğur və naliyyətlərdən danışıldı. Təhsil şöbəsinin mudiri konfrans iştirakçılarının diqqətinə catdırdı ki , Xırdalan şəhəri 3 №-li tam orta məktəb-liseyin məzunu İsgəndərov Əli Rauf oğlu qəbul üçün ən yüksək olan 700 bal toplayıb. Xırdalan şəhəri 5 №-li məktəbin məzunu Zalov Günel 690 bal, Xırdalan 9 №-li məktəbin məzunu Rəfizadə Mehdi 688 bal, Saray 3 №-li məktəbin məzunu Şıxıyev Lalə 680 bal, Novxanı 2 №-li məktəbin məzunu Ələskərov İsa 670 bal, Xıradlan 3 №-li məktəbin məzunu Mehdizadə Billur 669 bal, Mehdiabad 1 №-li məktəbin məzunu Maxvirəti Feruz 661 bal, Xırdalan 6 №-li məktəbin məzunu Ələkbərov Coşğun 659 bal, Xırdalan 2 №-li məktəbin məzunları Kərimov Mustafa 657 bal və Abbaslı Toğrul 655 bal toplayıb.

Tədbirdə o da qeyd olunub ki, rayonun daxili imkanları hesabına son 10 ildə 22 məktəb binası,18 uşaq baxçası, körpələr evi inşa olunub,əksər məktbələr isə əsaslı təmir olunaraq müasir texniki avadanlıqlarla təmin olunub.Xüsusi olaraq qeyd olunub ki,Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə 2 nömrəli məktəbin direktoru Camalova Ədalət Camal qızı “Tərəqqi” medalı ilə təltif edilib ki,buda cənab Prezidentimizin müəllimə verdiyi dəyərin bariz nümünəsidir.

Öz növbəsində çıxış edən Ağsaqqalar şurasının sədri Nadir Ağayev rayonun məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin və tələbələrinin qazandığı uğurlardan danışdı. Xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyini qeyd etdi.

Qafqaz Universiteti Rektoru Prof.Dr. Ahmet Saniç çıxışında rayonun müəllim kollektivini təbrik edib və bildirib ki, şərəfli ad olan Müəllim - zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. Daha sonra tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin kəlamını xatırladıb: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!

Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Sonda Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova tərəfindən Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Rəsmi hissədən sonra müəllim günü münasibəti ilə Mərkəzin 4-cü mərtəbəsində ziyafət və şənlik təşkil edilib.

Qeyd edək ki, Ümumilikdə Abşeronda 23 əməkdar və 11 «Tərəqqi» medalına layiq görülən müəllim var

Baş redaktor: Şamo Əliyev

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir