Abşeron Rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbəsində səyyar qəbul-görüşü
01:32, 17.10.15
Oxunub: 4 852
Gundem
Abşeronda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Növbəti səyyar qəbul oktyabrın 16-sında Bakıdan 22 km məsafədə - Şubanı dağlarının əhatəsində yerləşən, təxminən 700-ə yaxın yaşı, 15 mindən çox əhalisi olan Qobu qəsəbəsində kecirildi
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 229 nəfər qəsəbə sakini iştirak edirdi. Tədbiri giriş sözü ilə açan icra başçısı xanım İ.Gülməmmədova qəsəbə sakinlərini salamlamış, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırmışdır. O ,həmçinin qeyd edib ki,qəsəbədə tikilmiş müasir mədəniyyət evi, musiqi məkəbi , kitabxana,baxça ,səhiyyə oçağının tikilib istifadəyə verilməsi Qobululara daim diqqət və qayğının ayrıldığının təzahürüdür Bütün bunlar qəsəbədə təlim–tərbiyənin, təhsilin, mədəni istirahətin normal həyat keçrilməsinə əlverişli şərait yaradır Gənclərin asudə vaxtlarının səmərəli keçməsi onların pis vərdişlərə qurşanmaması , vətənpərvərlik ruhunda tərbiyə alması üçün Qobu-Lökbatan yolunun sağ tərəfindən idman kompleksi və futbol meydançası yaratmaq üçün 3.0 hektar torpaq sahəsi ayrılmış və tikinti işləri davam edir.
Qəsəbə sakinlərindən Şakir Vəliyev, Gülbahar İlyasova , Kərəm Şahlıyev , Elşən Məmmədov,Mələknisə Xannazarova və başqaları çıxış edərək son dövrdə rayonumuzun şəhər, qəsəbə və kəndlərində aparılan geniş abadlıq və quruculuq işlərindən, xüsusən Qobu qəsəbəsində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin yerinə yetirilməsindən razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin oktyabrın 3-də Abşeron rayonuna səfəri, şəhərimizə gözəllik qatan Heydər Əliyev Adına mədəniyyət və istirahət parkının ,Möhtəşəm Heydər Əliyev Mərkəzinin,Şahmat və Musiqi məktəblərinin və Masazırda stadionun açılışında iştirak etməsi rayonumuzun bütün əhalisi kimi, qəsəbə sakinlərinin də hədsiz sevincinə səbəb olmuşdur. Möhtərəm Prezidentin “Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə vəsait ayrılması Abşeronlulara göstərilən diqqət və qayğının əyani sübutudur. Bu qayğı və diqqətə görə möhtərəm Prezidentimizə qəsəbə sakinləri adından minnətdarlıq ifadə edilmişdir.
Çıxış edənlər qəsəbədə görülən işlərlə yanaşı, onları narahat edən problemlər –və digər məsələlər barədə təkliflər vermişlər
Sonda qeyd edim ki, qəsəbədə 3 tam orta məktəb, 2 uşaq bağçası, xəstəxana ,Qobu sənətkarklıq evi və Qobu Mədəniyyət evi,Kitabxana,Poct, 2 ATS, Belediyye , icra numayendeliyi ,Polis Məntəqəsi və 3 məscid əhaliyə xidmət göstərir.