Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dini radikalizmlə mübarizədə dini icmaların rolu müzakirə olunub

Tarix:4-11-2015, 23:05

Dini radikalizmlə mübarizədə dini icmaların rolu müzakirə olunub Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Sumqayıtda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar- müşavirə keçirib. Tədbirdə Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri iştirak ediblər.

Komitənin sədr müavini Səyavuş Heydərov ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir. Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu sahədə ən effektiv vasitə maarifləndirmə işidir.

Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan S.Heydərov bildirib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. Vurğulanıb ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə dini maarifləndirmə işinin aparılmasının zəruridir. Bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışan S.Heydərov bunun qarşısının alınması üçün görülən işlərin intensiv davam etdiriləcəyini diqqətə çatdırıb.

DQİDK-nın sədr müavini ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

Sonra DQİDK-nın dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları”, Sumqayıt cümə məscidinin axundu Rauf Sərdarovun “İslamda əsl cihad anlayışı və sui-istifadə halları” haqqında məruzələri və digər çıxışlar dinlənilib.

Regionda fəaliyyət göstərən dini icmaların sədrləri əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal cərəyanların təsirindən qorunması və din xadimlərinin məlumatlandırılması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac olduğunu vurğulayıblar.

Seminar-müşavirənin sonunda iştirakçılara dini ədəbiyyat paylanıb.

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib