Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 6-da saat 11-də Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin yuxarıda qeyd olunmuş şəhər və rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.