Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ötən il Abşeronlu idmançılar üçün uğurlu olub

Tarix:9-01-2016, 00:00

Ötən il Abşeronlu idmançılar üçün uğurlu olub 2015-ci il Abşeronda digər sahələrdə olduğu kimi, idman sahəsində də bir sıra uğurlarla yadda qaldı.
Abşeronlu idmançılar yola saldığımız ildə ölkə miqyaslı yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu çıxışlar ediblər.

Cari il ərzində rayon idmançılarının nailiyyətləri uğurlu olmuşdur. Belə ki, Abşeron idmançıları yarışlarda 171 medal qazanmışlar. Nəticələr aşağıdakı kimi olmuşdur.

Qazanılmış medallar:

Qızıl -79 Gümüş - 36 Bürünc - 56 Cəmi- 171



Beynəlxalq yarışlar

Qızıl - 10 Gümüş - 3 Bürünc - 11 Cəmi - 24

Respublika yarışları

Qızıl -69 Gümüş -33 Bürünc -45 Cəmi -147




Bakı 2015 I Avropa Oyunlarında 3 idmançımız iştirak etmiş, onlardan ikisi -Firdovsi Fərzəliyev (karate) qızıl və Hacı Əliyev (sərbəst güləş) bürünc medal qazanmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Firdovsi Fərzəliyev “Şöhrət” ordeni, Hacı Əliyev isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar.

2015-ci il iyul ayının 3-dən 5-dək Bolqarıstan Respublikasının Sofiya şəhərində keçirilən Cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatında iştirak edən Abşeronlu, Novxanı kənd cüdo bölməsinin yetirməsi, qadın idmançımız Hacıyeva Şahanə İbadət qızı 1 –ci yeri tutaraq Avropa çempionatının qızıl medalına sahib çıxmışdır.

Cari ilin iyul ayının 7-dən avqust ayının 8-dək müddətdə Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən Avropa Gənclərinin XIII Olimpiya Festivalında Cüdo idman növündə iştirak edən rayonumuzun qadın idmançısı Saray qəsəbə cüdo bölməsinin yetirməsi Həmidova Şəfəq Rasim qızı Olimpiya Festivalının qızıl medalını qazanmışdır.

Avqust ayının 11-dən 16-dək Braziliya Respublikasının Salvador şəhərində keçirilən güləş üzrə gənclərin dünya çempionatında qadın güləşçimiz Türkan Nəsirova 1-ci yeri, kişilərin yarışında iştirak edən idmançımız Arif Hüseynov isə 3-cü yeri tutmuşdur.

Daha bir sevindirici xəbər ABŞ-ın Las-Veqas şəhərindən gəlmişdir. Sentyabr ayının 10-dan 12-dək keçirilən böyüklər arasında Dünya çempionatında Abşeron güləş məktəbinin yetirməsi Dünya çempionu Hacı Əliyev yenidən bütün rəqiblərinə qalib gələrək 2-ci dəfə Dünya çempionu olmaqla Azərbaycanın sərbəst güləş tarixində 2 qat Dünya çempionu adını qazanan ilk azərbaycanlı güləşçi olmuşdur.

08-12.10.2015-ci il tarixlərdə Latviyanın Riqa şəhərində Sambo üzrə yeniyetmələr və gənclər arasında keçiriləcən dünya cempionatında Abşeron sambo məktəbinin yetirməsi Nəriman Əhmədov fəxri kürsünün ən yüksək pilləsinə (I yerə) qalxıb

İspaniyanın Benidorm şəhərində 5-8 noyabr 2015-ci ildə keçirilən kiqboks üzrə dünya çempionatına qatılan Abşeron rayonu Masazır qəsəbə sakini Əsgər Rəhimov bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq qızıl medalın sahibi olub.

8-16 noyabr 2015-ci il tarixində Portuqaliyanın Porto şəhərində kecirilən Dünya çempionatına dəvət almış Abşeron idmançısı Alik Ağayev 3-cü yer tutaraq Dünya çempionatının Bürünc medalına layiq görülüb


Sonda onuda qeyd edim ki,hal-hazırda Abşeronda 5500 nəfərə yaxın yeniyetmə və gənc idmanla məşğul olur ki, bu da rayonda idmanın kütləvi hal almasına gətirib çıxarmışdır.

Baş redaktor: Şamo Əliyev

Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Növbədənkənar seçkilər əsl Zəfər seçkisi olacaq
Xalqımızın Zəfər sevinci
Xalqımızın Zəfər sevinci
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi