Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.

Tarix:25-01-2016, 20:45

Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi. Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015- ci ilin yekunlarına həsr olunmuş hesabt yığıncağı kecirilib. Yığıncaqda bir il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrdən geniş söhbət acılıb.

2015- ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında Abşeron Rayon İcra Hakimiyyəti başcısının müavini Ilham Quliyev , Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdüri Azər Məmmədov , icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər sakinləri iştirak etdi.
Əvvəlcə 2015 -ci ilin yekunları ilə bağlı hesabat məruzəsində görülmüş işlər geniş təhlil edildi. Geridə qoyduğumuz ilin ölkəmiz üçün çox uğurlu keçdiyini bildirən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Ilham Quliyev , respublikada ardıcıl həyata keçirilən iqtisadi islahatların Abşeron rayonunun sosial-iqtisadi inkişafına da müsbət təsir göstərdiyini, rayonda yeni xidmət sahələrinin, istehsal müəssisələrinin yaranmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olduğunu xüsusi vurğuladi.

Yığıncaqda hesabat mərüzəsi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başcısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Orucov qeyd etdi ki,rayonun mərkəzi Xırdalan şəhərində abadlıq və quruculuq işləri daha geniş miqyasda davam etdirilmiş , istehsal müəssisələrinin, sosial obyektlərin , çoxmərtəbəli binaların tikintisinin əhatə dairəsi genişlənmişdir.
Bu uğurların qazanılması ölkəmizdə aparılan sosial- iqdisadi inkişafın , ölkə prezidenti İlham Əliyevin regionlarda sahibkarlığın inkişafına xüsusi önəm verməsinin , aqrar sektora göstərilən dövlət qayğısının, eləcə də rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədovanın rəhbərliyi ilə rayonda aparılan genişmiqyaslı və məqsədyönlü işlərin nəticəsində mümkün olmuşdur .
Regionda baş verən iqtisadi böhrana baxmayaraq, 2015- ci ildə Xırdalan şəhərində görülmüş təmir - abadlıq, təmizlik və yenidən qurma işləri uğurla davam etdirilmişdir .
Ötən il şəhərin Heydər Əliyev prospektində 7.385 kvm, Mehdi Hüseynzadə küçəsində 4.670 kvm, Rəşid Behbudov küçəsinə 4.303 kvm, rayon Mədəniyyət Mərkəzinin ətrafında 4.700 kvm, Məmməd Əmin Rəsulzadə küçəsində 13.063 kvm, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında 456 kvm ,Həsən Əliyev küçəsində 38.240 kvm, Nizami küçəsində 965 kvm, Hacı Zeynalabdin Tağıyev küçəsində 1.612 kvm, Nəsibə Zeynalova küçəsində 3.241 kvm,”Azbentonit” MMC yolu istiqamətində 7.200 kvm, 119 saylı avtobus marşurut yolu 2.950 kvm, və 7 saylı tam orta məktəbin ətrafında 854 kvm olmaqla , ümumilikdə 91.497 kvm asfalt salınmış , bu məqsədlə Yusif Məmmədəliyev, Qaçaq Nəbi və qeyd olunan küçələrə 14.840 kubmetr çınqıl yayılmışdır. Ötən müddət ərzində Mədəniyyət və İstirahət parkında 5.780 kvm , Həsən Əliyev küçəsində 362 kvm tamet və bununla yanaşı Nəsibə Zeynalova küçəsində 1.017 p/m , həmçinin Həsən Əliyev küçəsinə 6.782 p/m uzunluğunda səki daşı düzülmüşdür.
Şəhərin 28- ci məhəlləsindəki 7 saylı binanın 8 blokunda, 27- ci məhəllədəki 1a, 2, 2 a, 2 v,6, və 17 b saylı binaların 58 blokunda tam təmir işləri aparılmışdır.
Heydər Əliyev prospektində , Nizami və Qalubiyyə və Həsən Əliyev küçələrində 150 ədəd lampa, 150 ədəd iqniter dəyişdirilmiş və 5.148 p/metr uzunluğunda mis kabel istifadə olunmuşdur.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında 104.000 ədəd , Bakı- Sumqayıt yolunun şəhər ərazisi hissəsində 4.800 ədəd, Həsən Əliyev küçəsində 5.080 ədəd ,ümumilikdə isə 113.880 ədəd dekorativ güllər əkilmişdir.
Məmməd Əmin Rəsulzadə küçəsində 1.550 kvm ,Bakı- Sumqayıt yolunun Xırdalan şəhər hissəsində 550 kvm, Bakı –Şamaxı yolu istiqamətində 5.000 kvm olmaqla ümumilikdə 7.100 kvm qazon əkilmişdir.
Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə bütün Mənzil – İstismar sahələrinin ərazilərindəki istirahət guşələrində park və xiyabanlarda, yaşayış binalarının qarşısında 500 ədəd oturacaq quraşdırılmışdır.
İstər prospektdə , istərsə də mərkəzi küçələrdəki ticarət, məişət və içtimai iaşə obyektlərin qabaq hissələri əsaslı şəkildə təmir olunaraq gecə işiqları ilə bəzədilmişdir.
Şəhərə müasir görkəm verən yüksək mərtəbəli binaların tikintisi geniş vüsət almaqdadır . Hazırda şəhər ərazisində yüksək mərtəbəli yaşayış binaları inşa olunmaqdadır.
Ümumilikdə il ərzində şəhər ərazisində 11.537 ədəd müxtəlif ağac, 113.880 gül, 734 ədəd kol və 7100 kvm qazon əkilmişdir.
Şəhərin ərazisində Ulu Öndər Heydər Əliyevin şəkilləri yeniləri ilə əvəz olunmuş, bir çox küçələrin adları müasir baxımlı küçə adları göstəriciləri ilə əvəz olunmuşdur.
25- ci məhəllədəki 1 , 3, 30 saylı, 26- cı məhəllədəki 5 və 9 saylı, 27- ci məhəllədəki 6 və 23 saylı, 28- ci məhəllədəki 1, 7, 9, 12, 15 və 22 saylı , 30- cu məhəllədəki 11 saylı yaşayış binalarının zirzəmilərindəki su və kanalizasiya xəttlərində olan qüsurlar aradan qaldırılmış , oradakı sular nasos vasidəsi ilə kənarlaşdırılmış , tüstü bacalarının təmizlənməsi təmin olunmuşdur.
Əhalinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə məhəllələrdəki istirahət parkları və güşələrində də abadlıq və təmizlik işləri aparılmışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ərazidəki sosial və ictimai obyektlərin, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatını daha da yaxşılaşdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatı məqsədi ilə şəbəkədə təmir və genişləndirmə işləri görülmüş, müxtəlif markalı 9.050 metr naqil , 1.739 metr kabel , 1.480 metr SİP kabeli çəkilmişdir. Ayrı-ayrı məntəqələrdə əhalinin tələbatının fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün 5 yeni transformator quraşdırılmışdır. Digər məntəqələrdə 2 transformator təmirdən sonra yerinə qoyulmuş , digər 3 transformatorun əvəzinə başqa daha güclü yeni trasformator quraşdırılmış, 1.600 kq yağ istifadə olunmuş, 12 mufta , 48 izolyator , 31 dəmir – beton və 54 ədəd metal dayaq dəyişdirilmişdir. Bütün bunlarla yanaşı əhalinin, bəzi küçələrinin fasiləsiz elektrik enerjisi ilə təminatında çatışmamazlıqlar hələ də mövcuddur.
Xırdalan şəhəri ərazisində vətəndaşların müraciəti əsasında 431 ədəd fərdi yaşayış evində “ smart-kart” tipli qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilmiş , həmcinin Quşçuluq yaşayış massivində 4 ədəd SQTM alınmış və quraşdırılmışdır.
Məlumat üçün bildiririk ki, “ Azərsu” ASC- nin ” Abşeron Sukanal” İdarəsinin xidməti ərazisi olan Xırdalan şəhərində 2015- ci il ərzində su xətlərində 1.561 qəza, kanalizasiya xəttində isə 1.794 qəza , ümumilikdə 3.355 qəza baş vermiş və təxirə salınmadan təmir- bərpa işləri aparılaraq qəzaların qarşısı alınmışdır.
Su təchizatı olan əhalinin ümumi sayı 88.658 nəfər, Abonentlərin sayı 25.331 nəfər , Sayğaclı abonentlərin sayı 17.734 nəfər təşkil edir.

Abonentlərin istifadə etdikləri su sərfiyyatının dəqiq hesabatının aparılması üçün 2015- ci ilin ərzində 354 ədəd sayğac quraşdırılmışdır, 1961.6 p/m su xətti çəkilmiş və 12 ədəd siyirtmələr quraşdırılmışdır. Bununla yanaşı 238.5 p\m kanalizatsiya xətti təmir edilmişdir. Ondan 102.5 p\m şəbəkə xətlərində, 136 p\m zirzəmilərdə kanalizatsiya xətləri təmir olunub. Ötən il ərzində 14 ədəd kanalizatsiya lyukları quraşdırılmışdır.

Hörmətli toplantı iştirakçıları
Yola saldığımız ötən ildə də təlim- tərbiyyə müəssisələrində bir sıra müsbət işlər görülmüş ,uğurlu nəticələr əldə edilmiş , təlim –tərbiyyənin keyfiyyəti yüksəldilmişdir.
Ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərən Xırdalan şəhər 2 , 1 , 5 , 3, 7 və 9 saylı tam orta məktəbləri nümunə ola bilər . Xırdalan şəhər 2 saylı orta məktəbdən 84.5 % , 9 saylı orta məktəbdən 70 % - i tələbə adını qazanmışdır.
Məzunların ali məktəblərə qəbulu zamanı 500-600 dən artıq bal toplayan 108 nəfər olmuşdur ki, onlardan 55 nəfəri Xırdalan məktəblərinin payına düşür. 2014- cü ildən fərqli olaraq 2015 – ci ildə ali məktəblərə qəbul zamanı 600 və ondan yuxarı bal toplayan məzunların sayı xeyli artmışdır.Ümumitəhsil məktəbləri üzrə 600 – dan yüksək bal toplayan 43 nəfərdən 21- i Xırdalan 3. 6. 9 və 2 saylı orta məktəblərin məzunlarıdır. Bu göstərici keçənilkindən 12 nəfər çoxdur.
Xüsusilə qeyd edilməlidir ki, rayonumuzda ilk dəfə Xırdalan şəhər 3 saylı tam orta məktəb liseyinin məzunu Əli Rauf oğlu qəbul üçün ən yüksək olan 700 bal toplamışdır.Xırdalan şəhər 5 saylı məktəbin məzunu Zalov Günel 690 bal , 9 saylı məktəbin məzunu Rəfizadə Mehdi 688 bal , 3 saylı məktəbin məzunu Mehdizadə Billur 669 bal , 6 saylı məktəbin məzunu Ələkbərov Coşqun 659 bal, 2 saylı məktəbin məzunları 657 və 655 bal toplamışlar.
Digər məzunlarımız isə 600-650 bal arası nəticələr göstərmişlər.
“Ana dilimizi sevək və sevdirək” devizi altında Xırdalan şəhər 1 , 2, 3 saylı tam orta məktəblərində tədbirlər keçirilmişdir.
Belə ki, strategiyamızın məqsədi olan səriştəli təhsilverənlərin , ən yeni texnologiyalara, qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, dayanıqlı və dünyanın aparıcı təhsil sisteminin standartlarına uyğunlaşdırılması və sair olmaqla önəmli məzmun , savadlı müəllim, yeni idarəetmə infrastruktur və resurslar istiqamətləri üzrə tədbirlər müəyyənləşdirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
Dövlət Proqramlarının reallaşdırılması nəticəsində hal – hazırda təhsilin infrastrukturu müasirləşir , yeni dərsliklər hazırlanır və şagirdlərə pulsuz paylanır. Bütün bu tədbirlər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi və davamlı inkişafı üçün etibarlı zəmin yaratmışdır.
Bu baxımdan rayonumuzda təhsil sayəsində dövlət siyasətinin islahat yönümlü layihə və proqramlarının yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Qeyd etməliyəm ki, rayon rəhbərliyinin köməkliyi ilə şəhərdə təhsil müəssisələrində genişmiqyaslı təmir- tikinti işləri aparılmışdır.
Şagird sıxlığının aradan qaldırılması məqsədilə şəhərimizdə yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Bu gün mövcud 10 orta məkəbdə 1.373 nəfər müəllim çalışır və 15.897 nəfər şagird təhsil alır.
Uşaq bağçası – körpələr evlərinə də diqqət artırılmışdır.Belə ki, şəhərimizdə 2 yeni uşaq bağçasının tikintisi davam etməkdədir. Mövcud 9 uşaq bağçası – körpələr evində 1.200 nəfər uşağın təlim-tərbiyyəsi ilə 187 nəfər tərbiyəçi-müəllim məşğul olur.
2015 – ci ilin birinci rübündə Uşaq Gənclər İdman Məktəbinin də uğurları böyük olmuşdur. Məktəbin güləşçiləri Ukrayna Respublikasında keçirilən Beynəlxalq turnirdə , Ölkə birinciliyində , Bakı şəhəri gənclər birinciliyində, Azərbaycan birinciliyində, Bakı birinciliyində müxtəlif yerlər tutmuşdular , bununla yanaşı qızıl , gümüş və bürünc medallara layiq görülmüşdülər.
Mədəni-maarif müəssisələrinin fəaliyyəti də canlandırılmış, əlamətdar və tarixi günlərdə, bayramlarda özfəaliyyət kollektivlərinin, respublikanın görkəmli muğam ustalarının və digər sənət adamlarının əhali qarşısında rəngarəng çıxışları olmuş, bir neçə dəfə atəşfəşanlıq təşkil olunmuşdur.
2015- ci il Xırdalan şəhəri üzrə daha uğurlu və yadda qalan olmuşdur. Ona görə ki, 05 iyun 2015 – ci il tarixində Birinci Avropa oyunlarının məşəli Xırdalan şəhərində qarşılanmışdır.
Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində tədbirlər ötən ildə də ardıcıllıqla davam etdirilmişdir. Xüsusi ilə səhiyyə xidmətinin maddi- texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər tibb işçilərinin fəaliyyətinə əlverişli şərait yaratmışdır. Respublika Prezidentinin tapşırığına əsasən şəhərimizdə yaşayan bütün əhalinin də tibbi müayinədən mütəşəkkil şəkildə keçirilməsi uğurla başa çatmışdır.
Gigiyena və Epidemioloji nəzarət gücləndirilmiş, sanitariya təmizliyi vəziyyətinə vaxtaşırı reyd və yoxlamalar keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilmişdir. Bunun nəticəsidir ki, epidemioloju vəziyyətin sabitliyi təmin olunmuş, kütləvi yoluxucu epidemiyalara təsədüf olunmamışdır.

Şəhərin ərazisində ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının toxunulmazlığı nəzarətdə saxlanmışdır. Hüquq-mühafizə orqanları ictimaiyyətlə sıx əlaqədə fəaliyyət göstərməklə cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili istiqamətində fəaliyyətlərini xeyli gücləndirmişlər.

Gənclərin hərbi xidmətdən yayınma halları müşahidə olunmamışdır. Hərbi xidmətə çağırış üzrə tapşırıqlar bir qayda olaraq vaxtında yerinə yetirilmişdir.

Şəhər ərazisində 3.512 ailə və ya 12.571 nəfər məcburi köçkün məskunlaşmışdır. Onların sosial-məişət qayğıları, rastlaşdıqları çətinliklərin və müraciətlərin operativ aradan qaldırılması rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Belə ki, Azbentonit zavodu və dəmir yolu yaxınlığındakı ərazidə yaşayan məcburi köçkünlər üçün yeni qaz xətti ,təmizlik abadlıq işləri, yollarına yeni asfalt örtüyü çəkilib istifadəyə verilmişdir.
2015- ci ildə nümayəndəlik tərəfindən idarə, müəssisə və təşkilatlara 301ədəd məktub göndərilmiş, 32 ədədi isə daxil olmuşdur. Vətəndaşlardan müxtəlif məzmunlu 108 ədəd ərizə və müraciət daxil olmuşdurki ,onlara da vaxtında baxılıb tədbir görülmüş və ya cavab göndərilmişdir. Vətəndaşlara 1.484 ədəd müxtəlif təyinatlı arayışlar, əmək qanunvericiliyi və ümumi işlə əlaqədar 23 sərəncam verilmişdir. Vətəndaşların 95 şifahi müraciətləri aidiyyatı xidmət təşkilatlarının iştiraki ilə operativ şəkildə baxılmış, təkrar və süründürməçiliyə yol verilməmişdir.

Tarixi hadisələr , Dövlət bayramları və yubleylərlə bağlı tədbirlər keçirilmiş, dini mərasimlərin təşkili diqqət mərkəzində olmuş , şəhid və imkansız ailələlərə yardım göstərilmiş , iftar süfrələri açılmışdır. Həmin tədbirlər televiziya kanallarında və kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Abşeron rayonu ” İstilik Təchizatı “ MMC şəhərin tədris müəssisələri, səhiyyə , mədəni – maarif ocaqlarındakı istilik sisteminin qaydaya salınması istiqamətində bir sıra tədbirlər həyata kecirilmişdir.

Rayon Mənzil – Kommunal Təsərrüfatı İstehsalat İstismarı Birliyi, Gigiyen və Epidemiologiya Mərkəzi və Xırdalan şəhər bələdiyyəsi ilə birlikdə Bakı – Şamaxı və Bakı - Sumqayıt avtomobil yollarının şəhər istiqaməti boyunca, eləcə də mərkəzi küçələrin ətrafında təmizlik işləri, küçə ticarətinin tənzimlənməsi, küçə işıqlarının işlək vəziyyəti, sanitariya qaydalarına və normalarına ciddi riayət olunması məqsədilə reydlər keçirilmişdir.

Rayon Mənzil – Kommunal Təsərrüfatı İstehsalat İstismarı Birliyi, Gigiyen və Epidemiologiya Mərkəzi və Xırdalan şəhər bələdiyyəsi ilə birlikdə Bakı – Şamaxı və Bakı - Sumqayıt avtomobil yollarının şəhər istiqaməti boyunca, eləcə də mərkəzi küçələrin ətrafında təmizlik işləri, küçə ticarətinin tənzimlənməsi, küçə işıqlarının işlək vəziyyəti, sanitariya qaydalarına və normalarına ciddi riayət olunması məqsədilə reydlər keçirilmişdir.

Noyabrın 1-də - də keçirilən Milli Məclis seçkiləri rayonumuzda, eləcə də şəhərimizdə də geniş aşkarlıq şəraitində və şəffaf olmuşdur.
“ ASAN” xidmətin səyyar briqadası əvvəlki ildə olduğu kimi 2015- ci ilin noyabr ayında 30 gün şəhərin mərkəzində rayon sakinlərinə xidmət göstərmişdir.
Bütün bunlarla yanaşı bu gün həlli vacib olan problemlər də mövcuddur. Belə ki :
Ərazidəki bütün coxmərtəbəli və çoxsaylı içtimai yaşayış binalarının istiliklə təminatı problem olaraq qalmaqdadır.
Olimpiya İdman Kompleksində və rayon Mərkəzi Xəstəxanasında tikinti - quraşdırma işlərinin davam etdirilməsinə və bununla yanaşı, Mexaniki Dəstə yaşayış massivində tibb məntəqəsi, mədəni –maarif müəssisələri olan klub və kitabxana tikilib istifadəyə verilməsinə ehtiyac vardır.
İstismarda olan bütün qaz avadanlıqlarının və qızdırıcı cihazların, ventilyasiya kanallarının və tüstü bacalarının diqqətlə yoxlanılmasına, əhalinin maarifləndirilməsinə ehtiyac vardır.
22, 25 və 26- cı məhəllələrdə, kənd hissəsində, Mexaniki Dəstə Yaşayış Massivində , ümumilikdə isə şəhərin ərazisində ki, mövcud kanalizasiya xəttlərinin dəyişdirilməsinə ehtiyac vardır .
Sabit elektrik enerjisi ilə təminatda da nöqsan və çatışmazlıqlar mövcuddur. Bəzi küçələrdə evlərin elektrik enerjisi ilə təminatında fasilələr yaranır.
Payız-qış aylarında sahibsiz itlər tərəfindən quduzluq kimi qorxulu xəstəliyin yayılması təhlükəsi artır. Aidiyyatı qurumlarda bununla bağlı nəzarət qrupu təşkilinin vaxtı çatmışdır.
Hörmətli müşavirə iştirakçıları!
Əvvəlki illərdə olduğu kimi yeni ildə daha sevindirici naliyyətlər qazanılması üçün etibarlı zəmin vardır. Cünki möhtərəm Prezidentimiz öz nitqində bildirmişdir, Əminəm ki, gələcək illərdə də Abşeron rayonunun inkişafı sürətlə gedəcək, burada bütün məsələlər öz həllini tapacaq , sosial problemlər bundan sonra da həll olunacaqdır.
Daha sonra hesabat yığıncağında Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov, Rayon Su Kanal idarəsinin rəisi Qorxmaz Abbasov , Xırdalan Elektrik Şəbəkəsinin rəisi Nemət Qasımov, Rayon Gigiyena və Epideminalogiya Mərkəzinin baş həkimi Məhərrəm Abdulov və digərləri 2015 ci ildə görülmüş işlər və qarşıda duran vəzifələri haqqında mərüzə nitqiylə cıxış etdilər.

Sonda Abşeron Rayon İcra Hakimiyyəti başcısının müavini Ilham Quliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləridə diqqətə catdırdı.Xırdalan şəhər ərazisində sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlarini verdi. Ilham Quliyev Prezident İlham Əliyevin öz nitqində ki çıxışını əsas gətirərək bildirdi ki, gələcək illərdə də Aşeron rayonunun inkişafı sürətlə gedəcək, burada bütün məsələlər öz həllini tapacaq, sosial problemlər bundan sonrada həll olunacaq.

Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər  icra nümayəndəliyi öz hesabatını verdi.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir