Xəbər lentİ

Abşeron Rayon Uşaq Poliklinikasının işcilərinə fövqəladə hallarda davranış qaydaları barədə məlumat verilib

15:37, 28.01.16
Oxunub: 2 445
Gundem / SƏHİYYƏ
Abşeron Rayon Uşaq Poliklinikasının işcilərinə fövqəladə hallarda davranış qaydaları barədə məlumat verilib Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi yanvarın 27-də Abşeron Rayon Uşaq Poliklinikasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, tibb işcilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin əməkdaşları və poliklinikanın tibbi personalı iştirak edib.Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar ediblər.

Sonra nazirliyin hazırladığı “Dəm qazı təhlükəsi” adlı videoçarx nümayiş olunub.

Sonda suallar cavablandırılıb və təbliğat materialları, bukletlər paylanılıb.

Fikirlər

 Oxşar xəbərlər: