Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Milli mənəvi dəyərlərimizi sevək və qoruyaq ” mövzusunda tədbir keçirilib

Tarix:28-01-2016, 21:35

“Milli mənəvi dəyərlərimizi sevək və qoruyaq ” mövzusunda tədbir keçirilib Bu gün Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə “Milli mənəvi dəyərlərimizi sevək və qoruyaq ” mövzusunda tədbir keçirilib. Rayon icra hakimiyyətinin təşkilatçılğı ilə baş tutan tədbirdə Rayon Ağsaqallar şurasının sədri Nadir Ağayev, Abşeron YAP qadınlar şurasının sədri Təyyubə Hüseyinova, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin əməkdaşları, rayon ziyalıları və KİV nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd milli mənəvi dəyərlərimizi qorunması, onun təbliği, inkişaf etdirilməsi, həmçinin, gənc nəslə vətənpərvərlik tərbiyyəsini aşılamaqdır.
Abşeron Rayon Ağsaqallar şurasının sədri Nadir Ağayev tədbiri açaraq ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində görülən işlərin önəmindən danışıb. O, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayaraq gənclər arasında aparılan təbliğatın əhəmiyyətindən soz açıb. Müstəqil Azərbaycan respublikasının gənc olduğunu və bu səbəbdən də hər birimizin üzərinə böyük məsuliyyətin düşdüyünü, daha işləməyin vacib gəldiyini qeyd edən N.Ağayev bildirib ki, millətlər öz milli-mənəvi dəyərlərinə söykənərək inkişaf edir. Azərbaycan xalqının da uzun illərdən bəri formalaşmış, inkişaf etmiş milli-mənəvi dəyərlərinin olduğunu önə çəkən Ağsaqallar Şurasının sədri əlavə edib ki, bu istiqamətdə həyata keçirilən təbliğat işində rayon ziyalıları, ağsaqqalları, müəllimlər və valideynlər birgə və mütəmadi olaraq çalışmalıdır.

Ümummili lider Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub və inkişaf etdirilməsi istiqamətlərində gördüyü işlərdən danışan N.Ağayev qeyd edib ki, xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin təbliğinə, adət-ənələrimizin gənc nəsillərə ötürülməsinə, Azərbaycançılıq ideyalarının daha da genişləndirilməsinə böyük diqqət göstərib: “Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytardı. Gənc nəslin milli ruhda böyüməsi,onlara vətənpərvərlik hisslərinin aşılanmasında, adət ənənələrimizin qorunub saxlanılmasında belə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir”.

Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində Abşeron rayon icra hakimiyyəti tərəfindən mühüm işlərin görüldüyünü önə çəkən N.Ağayev deyib ki, rayon ziyalıları tərəfindən Xırdalan şəhəri ilə yanaşı kənd və qəsəbələrdə də vətənpərvərlik mövzusunda tədbirlər təşkil edilir, yazı-inşa müsabiqələri keçirilir.

Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyubə Hüseyinova çıxış edərək prezident İlham Əliyev tərəfindən 2016-cı ilin multikulturalizm ili elan olunduğunu və bunun milli-mənəvi dəyərlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. T.Hüseynova Azərbaycanın dünyanın multikulturalizm mərkəzinə, tolerantlığın isə ölkədə həyat tərzinə çevrildiyini vurğulayaraq əlavə edib ki, cəmiyyətdə müxtəlif zərərli düşüncə və vərdişlərin yayılmaması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var. O bildirdi ki, ölkədə bu gün mövcud ictimai-siyasi şəraitdə gənclərin təlim-tərbiyə prosesinə diqqət ayırmaq, şəxsi təcrübələr əsasında onlara düzgün yol göstərib tövsiyə vermək hər bir ağsaqqalın, ictimai birlik sədrinin, vətəndaş cəmiyyətinin nümayəndəsinin vətəndaşlıq borcudur.

Abşeron rayon İcra hakimiyyətinin İctimai təşkilatklar və siyasi partiyalarla iş şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov isə qeyd edib ki, təbiətin insana bəxş etdiyi milli mənəvi dəyərlər gələcək nəsillərə daha da inkişaf etdirilməklə çatdırılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən işlərin görüldüyü qeyd edən V.Bəşirov bildirib ki, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra milli-mənəvi dəyərlərimizin daha da inkişaf etdirilməsi üçün zəmin yaranıb. “Mədəniyyət siyasətini uğurla davam etdirən dövlət başçısı milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Mədəniyyətimizin inkişafı, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onun təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xidmətləri olduqca böyükdür. Məhz onun səyləri nəticəsində bu gün Azərbaycanın muğam, xalça, aşıq, tar ifaçılığı sənətləri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan Mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib”.

Daha sonra Xırdalan Şəhər 9 nömrəli məktəbin müəllimi, İlin müəllimi müsabiqəsinin qalibi İradə Talıbova “Ədəbiyyatımızda milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxış edib. O, Azərbaycan dastanlarından və eləcə də şair və yazıçılarımızın əsərlərində milli-mənəvi dəyərləmizlə bağlı nümunələr gətirərək xalqın bu günə qədər formalaşmış etik-əxlaq normalarından danışıb.

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır