Xəbər lentİ

İradə Gülməmmədovanın Digah kənd sakinləri ilə səyyar qəbulu keçirilib

23:21, 29.01.16
Oxunub: 2 375
Gundem / ÖLKƏ
İradə Gülməmmədovanın Digah kənd sakinləri ilə səyyar qəbulu keçirilib Bu gün Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Digah kəndində sakinlərlə səyyar qəbul və görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və yüzə yaxın sakin iştirak edib.
Digah sakinləri ilə artıq ikinci dəfə görüşdüyünü, belə görüşlərin mütəmadi hal aldığını vurğulayan İ.Gülməmmədov Abşeron yaronunda həyata keçirilən quruculuq abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası və qəsəbədaxili yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini vurğulayan icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmin ediləcəyini söyləyib. Abşeron rayonunun əhali sayının günü-gündən artdığını, bu səbəbdən də təbii olaraq bir sıra hallarda müəyyən təlabatların yarandığını və onların da öyrənilərək qarşılandığını, bütün gərəkli işlərin gürüldüyünü qeyd edən İ.Gülməmmədova rayon ərazisinin 90 faizinin tam qazla təmin olunduğunu, qalan ərazilərin isə hissə-hissə qazlaşdırıldığını vurğulayıb.

Bildirilib ki, son on ildə 50-yə yaxın məktəb və uşaq baxçası tikilərək istifadəyə verilib. Hazırda rayon ərazisində 2 məktəb və 8 yeni uşaq baxçasının inşası davam etdirilir. Rayonda fəaliyyət göstərən bütün məktəblər əsaslı təmir edilərək dam örtükləri yenilənib. İnzibati binaları istilik sistemi ilə təmin edilib. Bağçaların qida rasionlarına diqqət ayrılıb və daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb.

Qeyd olunub ki, rayon ərazisində mədəniyyət mərkəzləri tikilərək istifadəyə verilib. Bununla yanaşı Xırdalan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində aztəminatlı ailələrin övladları üçün pulsuz kompüter kusrları təşkil olunur. Eyni zamanda Mərkəzdə akt zalı, elektron kitabxana, foto studiya Abvşeron sakinlərinin istifadəsindədir.

Daha sonra kənd sakinlərindən Eldar Əlizadə, Ələkbər Musayev, Qurban İbrahimov, Hüseyn Babayev çıxış edərək edərək qəsəbədə keçirilən səyyar qəbul və gürüşün əhəmiyyətindən danışıb, son 5 ayda rayon ərazisində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür ediblər. Çıxışçılar kəndə verilən elektrik enerjisinin gücünün artırılmasını, yay aylarında su ilə təminatın daha da yaxşılaşdırılmasını təklif ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə 2 ay müddətində həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, ölkənin bütün rayonlarından gəlib Abşeron yaronunda məskunlaşan insanlar qeydiyyata düşmürlər.
“Dövlət başçısının tapşırığına uyğun olaraq digər ərazilərdə olduğu kimi, Abşeron rayonunda yaşayan əhalinin dəqiq statistikası aparılacaq. Bünun üçün müvafiq icra strukturlarına göstərişlər verilib”.

Fikirlər

 Oxşar xəbərlər: