
Bu gün Xırdalan şəhərində Abşeron rayon sakinləri ilə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun görüşü keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, royonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və 5 yüzə yaxın sakin iştirak edib. Abşeronda əhalinin istifadəsinə verilən Heydər Əliyev Mərkəzindən, rayonda təşkil edilən yarmarkadan söz açan N.Məmmədov dünyada baş verən siyasi-iqtisadi hadisələrdən, böyük dövlətlərin qarşıdurmasından və bu qarşıdurmanın kişik dövlətlərə göstərdiyi təsirlərdən danışıb. Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətin dünyada cərəyan edən bütün proseslərdə iştirak etdiyini, hər bir ölkənin öz milli maraqlarını qorumağa çalışdığını qeyd edən PA Xarici əlaqələr şöbəsinin müdiri əlava edib ki, lakin bu dövlətlərin inkişaf səviyyəsi, ərazi böyüklüüyü, əhali sayı fərqlidir. Onun sözlərinə görə, hər bir dövlət milli maraqlarını qoruyarkən qarşılıqlı münasibətlərdə beynəlxalq hüqququ üstün tutur, anlaşıqlı şəkildə addımlar atır. Lakin bu dövlətlərdən elələri də vardır ki, öz maraqlarını həyata keçirərkən digər dövlətlərin milli maraqlarına kölgə salırlar. N.Məmmədov qeyd edib ki, bu gün dünyadanın bir çox ölkəsində baş verən çaxnaşmaların səbəbi də məhz bundan qaynaqlanır. Böyük dövlətlərin maraqlarının toqquşmasının kiçik ölkələrə mənfi təsir etdiyini və beləliklə də İraqda, Suriyada, Əfqanıstanda, Ukraynada və digər yerlərdə özünü hərbi münaqişələr formasında təcəsssüm etdirdiyini vurğulayan
Prezident Administrasiyası rəhbərinin müavini Dağlıq Qarabağ münaqişəsində haqlı olduğumuza baxmayaraq və Azərbaycan hökümətinin qətiyyətli mövqe sərgiləməsinə rəğmən hələ də işğalçı dövlətə qarşı kəskin təpki edilmir. Böyük dövlətlərin nümayəndəklərrnin çıxışlarında “beynəlxalq hüquq” termeninin işlədilmədiyini, onların öz maraqlarını nəyin bahasına olur-olsun həyata keeçirməyə cəhd etdiyini söyləyən N.Məmmədov bunun da digər xalqların yaşayış səviyyəsinə istər-istəməz təsir etdiyini önə çəkib. “Azərbaycan xalqının xoşbəxtçiliyi ondaddır ki, o, özünün Heydər Əliyev kimi dahi şəxsiyyətini yetişdirdi. Xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Azərbaycanı üzləşə biləcəyi faciələrdən qorudu, ölkəmizi digər müzəlman ölkələrində olduğu kimi çaxnaşmaların yaşanmasına yol vermədi. Onun həyata keçirdiyi doğru, düşünülmüş və uzaqgörən siyasəti sayəsində vətənizmizdə əmin-amanlıq, iqtisadi inkişaf, sosial həyatın yaxşılaşması baş verdi. Bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər birimiz əldə eetdiyimiz bu inkişaafın qorunması, onun daha da davamlı olması üçün bundan sonra daha çox çalışmalıyıq”. Tarix böyü iqtisadi böhranların yaşandığını, amma son zamanlar onun daha tez-tez baş veerdiyini vurğulayan N.Məmmədov belə böhranlar və böyük dövlətlətin maraqlarının toqquşması istər-istəməz Azərbaycana da təsir edir. Hazırda müvəqqəti çətinliyin yaşandığını, ilin ikinci yarısına kimi çətinliyin aradan qalxacağını söyləyən Xarici əlaqələr şöbəsinin müdiri əlavə edib ki, Preziden İlham Əliyev bütün sosial layihələrin davam etdiriləcəyini bildirib. Eyni zamanda xalqın müvəqqəti çətinlikdə ziyan görməməsi üçün bütün lazimi tədbirlər görülür. Daha sonra rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək rayonda həyata keeçirilən quruculuq-abadlıq işlərindən danışıb. Son 10 ildə 50-ə yaxın məktəb və uşaq baxçasının tikilərək istifadəyə verildiyini hazırda da bu işlərin davam etdirildiyini qeyd edən İ.Gülməmmədova rayon ərazisində yol infrasrtuktrunun əsaslı şəkildə təmir edildiyini, bütün inzibati binaların istilik sisteminin yenidən qurulduğunu, tib ocaqlarının yeniləndiyini və tikildiyini bildirib. Rayonda ciddi problem və narazılığın olmadığını qeyd edərək Abşeron ictimaiyyətinin prezidentin siyasətini dəstəklədiyini, ölkə başçısının ətrafında olduğunu qeyd edib.
Bundan sonra çıxış edən rayon ziyalıları digər ölkələr kimi Azərbaycanın da üzləşdiyi müvəqqəti çətinlikdən çıxacağını, milli birliyin, dövlətçiliyin əsas olduğunu önə çəkərək dövlət başçısının yanında olduqlarını, onun həyata keçirdiyi siyasəti dəstəklədiklərini bildiriblər.