Absheron Media
Haqqımızda Bizimlə əlaqə

31 mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunan “Həqiqətin Özü” filmi nümayiş olunub

Tarix:31-03-2016, 20:14

31 mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunan “Həqiqətin Özü” filmi nümayiş olunub

Abşeron rayon Mədəniyyət və Turizm şöbəsi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tabeliyində olan müəssisələrdə anım günü münasibəti ilə bir sıra tədbirlər kecirib

Belə ki, rayon mədəniyyət evində, uşaq musiqi və incəsənət məktəblərində, kitabxanalarda, rayonun muzeylərində sərgilər, anım gecələri, “dəyirmi masa”lar, kompozisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları və mühazirələr düzənlənib.

Rayon mədəniyyət və turizim şöbəsinin təşkilatçılığı ilə kecirilən növbəti anım mərasimi Abşeron rayon Heydər Əliyev Mərkəzində baş tutub

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayan tədbiri giriş sözü ilə açan Abşeron rayon Mədəniyyət Mərkəzinin baş metodisti Afət Nəbiyeva ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən söhbət açıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, erməni işğalçılığının geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktlarının əsası XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi ilə qoyulub. Nankor qonşularımızın zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinə siyasi-hüquqi qiymət vermiş ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmana əsasən, martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdıran natiq hazırda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başladığını bildirib.

A.Nəbizadə bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs edib. O,Vurğulayıb ki,1890-cı ildə “Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər “yazıq millət” pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam edib. XİX əsrin sonlarında və XX əsrin əvvəllərində Bakıda, eləcə də Şamaxı, Quba, Muğan və Lənkəranda həyata keçirilmiş qətliamlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, evləri talan edilib, on minlərlə soydaşımız yurd-yuvalarından didərgin salınıb.

Sonda Azərbaycanlıların soyqırımına həsr olunmuş “Həqiqətin Özü” filmi nümayiş olunub.

31 mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunan “Həqiqətin Özü” filmi nümayiş olunub
31 mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunan “Həqiqətin Özü” filmi nümayiş olunub

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir