Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib

Tarix:6-05-2016, 20:34

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib

Bu gün Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Bakı Dövlət Universitetinin kafedra müdiri, YAP Siyasi Şurasının üzvü, ilk Əliyevşünas alim İradə Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Bunun ardınca Abşeron rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ilk önçə ulu öndər Heydər Əliyevin və 2-5 aprel tarixlərində cəbhə xəttində erməni təxribatlarına qarşı qəhrəmancasına döyüşərək həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video filimə baxılıb. Bundan sonra tədbiri Ryon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində özünəməxsus yeri və rolu vardır. O qeyd edib ki, Azərbaycan dövlətçiliyinin başının üstünü “qara bulud”lar alanda ulu öndər Heydər Əliyev öz vətənin, xalqının dadına yetişərək dağılmaqda olan ölkəni hegemon dövlətə çevirdi. “Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev güclü yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə insanların dərin rəğbətini və sevgisini qazanmışdır”.
İ.Gülməmmədova həmçinin qeyd edib ki, ulu öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür və güclənir.

Sonra Bakı Dövlət Universitetinin kafedra müdiri, YAP Siyasi Şurasının üzvü, ilk Əliyevşünas alim İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər: “Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Bu günlər hər birimiz Heydər Əldiyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq”.
Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin apardığı milli quruculuq işlərinin dayandığını vurğulayan İ.Hüseynova əlavə edib ki, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında ulu öndərin misilsiz xidmətləri olmuşdur: “Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanmış strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Həmin dövrdə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu”.
Məruzəçi qeyd edib ki, sonralar sovetlər birliyi kimi fövqəldövlətin rəhbərliyinə yüksələn Heydər Əliyev heç bir qüvvənin onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha sübut etməklə, bütün türk dünyasının fəxrinə çevrildi. Bu nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı, onun bu yüksək vəzifədə fəaliyyəti ölkəmizin sovetlər birliyinin bütün imkanlarından maksimum bəhrələnməsini şərtləndirdi: “Tarixə nəzər salarkən dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq. Məsələn, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı”.
1991-ci ildə Azərbaycanda təhlükəli bir vəziyyətin yarandığını, ölkədə müharibənin getdiyini xatırladan İ.Hüseynova vurğulayıb ki, yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə gətirdi: “1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Amma Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: «Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır». Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik”.

Sonra YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərin artıq ümumxalq bayramına çevrildiyini söyləyib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu olan ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. “Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub”.

Tədbirdə YAP Abşeron rayon təşkilatı qadınlar şurasının sədri Təyyübə Hüseynova ümummilli lider Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu bildirib: "Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, dahi öndər Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir”.
T.Hüseynova, həmçinin onu da vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərib: “Bu gün bütün nailiyyətlərimizə görə, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol dahi liderimiz Heydər Əliyev ideyalarıdır. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol da Heydər Əliyev yoludur”.

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının  93 illiyi ilə bağlı tədbir keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir