Abşeron rayonunda rayon Gənclər və İdman idarəsi tərəfindən yeniyetmə və gənclərin XIX ümumrayon spartakiadası mərhələsinin yarışları çərçivəsində,1999-2000-ci il təvəllüdlü yeniyetmələrdən ibarət futbol komandaları arasında rayon birinciliyi keçirilib
Yarışlar əvvəlcə 36 komandanın iştirakı ilə 5 zonada keçirilİb, ilk yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanmışlar.Əlincə klubunun stadionunda keçirilən final mərhələsində 8 komanda iştirak edib. Yekun nəticələrə görə, Masazır 3 saylı tam orta məktəbinin komandası qalib adını qazanıb. İkinci-üçüncü yerləri Xırdalan 2 və Qobu 3 saylı tam orta məktəblərinin komandaları tutublar
Qalib komandalar rayon gənclər və idman idarəsininm diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb