İyulun 1-də Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçiriləcək.
Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma yeməkləri sərgilənəcək.
Həmçinin, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan xörəklər nümayiş olunacaq.
Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən gəlmiş qonaqlar iştirak edəcək.
Şamo Əliyev