Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron polisi peşə bayramını qeyd edib (FOTO)

Tarix:2-07-2016, 17:50

Abşeron  polisi peşə bayramını qeyd edib (FOTO)


1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.

Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da polis işçilərinin peşə bayramı böyük təntənə ilə qeyd olunub. Rayon Polis İdarəsinin şəxsi heyəti Heydər Əliyev Xatirə parkına gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirin rəsmi hissəsi Abşeron Rayon Polis İdarəsinin inzibati binasında davam edib.Dövlət himni səsləndirildikdən sonra, vətən keşiyində canlarından kecmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə bayram münasibətilə ünvanladığı təbrik məktubu oxunub.

Yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı,Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər rəsmi şəxslər, veteran polislər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova 02 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik edərək qeyd etdi ki, Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçib, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

Toplantıda çıxış edən Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli Azərbaycan polisinin peşə bayramının 98-ci il dönümü münasibətilə şəxsi heyəti təbrik etdi. Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salınıb. Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə rəhbərliyi tərfindən layiqincə qiymətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Abşeron rayon prokuroru Rahib Seyidov, Məhkəmənin sədri Əşir Səmədov, DTX Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov və bir neçə polis veteranı çıxış edərək təbriklərini və ürək sözlərini söyləyiblər.

Sonra Abşeron Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən işində fərqlənən bir qrup polis əməkdaşına Fəxri fərmanlar, pul mükafatı ,qiymətli hədiyyələr və 10 polis əməkdaşına isə tikinti üçün torpaq sahəsi verilib .

Sonda daxili işlər naziri R.Usubovun əmrinə və Abşeron Polis İdarəsinin rəisi Ş.Şəmşirlinin imzaladığı daxili əmrə əsasən bir qrup polis əməkdaşı döş nişanı ilə təltif olunublar.

Şamo Əliyev

Abşeron  polisi peşə bayramını qeyd edib (FOTO)
Abşeron  polisi peşə bayramını qeyd edib (FOTO)
Abşeron  polisi peşə bayramını qeyd edib (FOTO)
Abşeron  polisi peşə bayramını qeyd edib (FOTO)
Abşeron  polisi peşə bayramını qeyd edib (FOTO)

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib
Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib