Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Tarix:4-11-2016, 18:05

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Masazır kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Masazır kənd sakinləri ilə keçən il oktyabrın 9-da görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədov çıxış edərək ötən bir il ərzində görülən işlər haqqında məlumat verib. Bu müddətdə Masazır kəndində 800 şagird yerlik müasir tələblərə cavab verən müasir məktəbin tikilərək istifadəyə verildiyini bildirən şöbə müdirinin sözlərinə görə, daha bir məkəbin tikintisi davam etdirilir və onun 2017-ci ildə açılışının keçirilməsi planlaşdırılır, digəri üçün isə 0, 60 sot torpaq sahəsi ayrılıb. O, qeyd edib ki, sakinlərin istəyi nəzərə alınaraq kəndin “Atçılıq” adlanan ərazisinə su xətti çəkilib, Sarı Aşıq küçəsinə konalizasiya və yağış sularının axıdılması üçün 350 metr boru, 2 ədəd nasos alınıb verilib və 100 kub su tutan anbar inşa edilib. Eyni zamanda kəndin daxili yollarının abadlaşdırılması istiqamətində mühüm addımlar atılıb, Əlyağa Vahid prospekti daxil olmaqla 16 küçə cari təmir edilib.

Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Bundan sonra kənd sakinlərindən Nizaməddin Bədirov, Alim Rzayev, Məlikməmməd Əhmədov və digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüş zamanı qaldırılan problemlərin böyük əksəriyyəti tamamilə həll olunub. Hazırda Masazır kəndinin elektik enerji təminatında problemlərin olmadığı vurğulanaraq kənd ərazisində yeni yarımstansiyanın inşa edildiyi qeyd olunub. Çıxışçılar rayonunda, eləcə də Məmmədli kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib