Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda şəhidin doğum günü qeyd edilib

Tarix:17-12-2016, 19:41

Abşeronda şəhidin doğum günü qeyd edilib

Bu gün şəhid Qəribov Amil Arif oğlunun doğum günüdür. 1992-ci ilin fevralın 2-də Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Amil Qəribovun ad gününü doğmaları və Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev və bir qrup gənclər onun doğulub boya-başa çatdığı Qobu qəsəbəsindəki evdə qeyd ediblər.

Ə.Əmirəliyev, Amilin keçdiyi şanlı həyat yolundan, qəhrəmanlığından danışıb. Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Amil Qəribovun və onun kimi qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını, daim əziz tutulacağını söyləyib.

Qəsəbə orta məktəbinin direktoru Cəbrayıl Cəfərquliyev çıxış edərək bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb. Diqqətə çatdırılıb ki, qobulular tarixin bütün mərhələlərində Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirib, Vətən uğrunda canlarını belə əsirgəməyiblər.Qarabağ uğrunda döyüşlərin başlandığı ilk günlərdən qobulular da könüllü cəbhəyə yollanıb, onlardan 21 nəfəri şəhidlik zirvəsinə ucalıb. Bu gün də qəsəbənin hər bir sakini Əli Heydərov kimi oğullarımızın intiqamını almağa hazırdır.

Gənclər öncə şəhid Amil Qəribovun məzarını ziyarət edib, qəbri üstünə tər güllər düzüb, ruhuna dualar oxuyub. Şəhid Amil Qəribovun anası göstərilən qayğı və diqqətə görə dövlətimizdən razılığını bildirib. Daha sonra gənclər şəhid Əli Heydərovun məzarını ziyarət edib və qəbri üstünə gül dəstələri qoyublar. Qeyd olunub ki, Əli aprel döyüşləri zamanı digər şəhidlərimiz kimi böyük şücaətlik göstərib və qəhramancasına şəhid olub. Bu gün gənclər bu cür şəhidləri ilə qürur duyur.
Daha sonra gənclər Amil Qəribovun və Əli Heydərovun ailəsi ilə görüşüb.Valdeyinlərinə minatarlıq bildiriblər.

Qeyd edək ki, 1968-ci il dekabr ayının 17-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olan Amil Qəribov 1991-ci ilin dekabrın 23-də könüllü olaraq hərbi xidmətə yola düşüb. 1992-ci ilin fevral ayının 2-də Ağdam rayonunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.Məzarı Qobu qəsəbə qəbiristanlığındadır.

Qəsəbədəki küçələrdən birinə şəhid Amil Qəribovun adı verilib.

Şamo Əliyev

Abşeronda şəhidin doğum günü qeyd edilib
Abşeronda şəhidin doğum günü qeyd edilib
Abşeronda şəhidin doğum günü qeyd edilib
Abşeronda şəhidin doğum günü qeyd edilib
Abşeronda şəhidin doğum günü qeyd edilib
Abşeronda şəhidin doğum günü qeyd edilib
Abşeronda şəhidin doğum günü qeyd edilib
Abşeronda şəhidin doğum günü qeyd edilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir