Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində "Fitnə" sənədli filmi nümayiş olunub

Tarix:22-02-2017, 17:01

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində  "Fitnə" sənədli filmi nümayiş olunub

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Abşeron rayon Polis idarəsinin təşkilatçılığı, Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi və digər qrumların iştirakı ilə "Narkomaniya ümumibəşər bəladır" və "Qeyri ənənəvi dini təriqətlərə, dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.

Gəncləri maarifləndirmə məqsədi daşıyan tədbirdə adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi Rüksarə Əliyeva, müəllim və tələbə heyəti, habelə Abşeron RİP-nin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupununn baş inspektoru - polis mayoru Elburus Əhmədov, Rayon Polis İdarəsinin rəsi müavini- polis polkovniki Elçin Rəcəbov, Azərbaycan Təhsil nazirliyinin Elm və Ali və Orta ixtisası şöbəsinin baş məsləhətçisi Gülnarə Qaralova, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Emil Quliyev , Abşeron Polikilinkanın həkimi Arzu Nəbiyeva , Abşeron RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, DQİDK-nin Abşeron rayonu üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kollecinin direktoru Rüksarə Əliyeva Azərbaycanın son illərdəki çiçəklənən inkişafından və xüsusən də gənclərə göstərilən diqqət və qayğının təzahürlərindən geniş söhbət açdı. O, bütün bu cür yaradılan şəraitlərdən istifadə əvəzinə zərərli vərdişlərə doğru yönələn vətəndaşlarımızın olmasından və bu statistikanın günü-gündən artmasından narahatlığını dilə gətirdi. Natiq çıxışında qeyd etdi ki, vətəndaş cəmiyyətləri, ictimai birliklər, kütləvi informasiya vasitələri, təhsil ocaqları və s. qurumlar analoji mövzunu daim diqqətdə saxlamalı, bu cür maarifləndirici tədbirlərin müntəzəmliyini təmin etməlidirlər. R.Əliyeva ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi və bunun dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən bəhs edib.

Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirdi ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Abşeron Rayon İcra Hakimiyyətin Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib. H.Mikayılov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O həmçinin vurğulayıb ki, Rayon İcra Hakimiyyəti tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov dini radikalizmin mahiyyəti, yayılma metodları barədə tədbir iştrakçılarına məlumat verib və xüsusilə gəncləri dini radikalizmdən qorumağın vacibliyini qeyd edib.

Abşeron Polikilinkanın həkimi Arzu Nəbiyeva narkotiklərdən asılılığın yaranması barədə iştirakçılara məlumat verib, o belə zərərli aludəçiliyininsanda yaratdığı mənəvi aşınmadan və insan orqanizminə vurduğu fəsadlardan bəhs edib.

Abşeron rayon Polis idarəsinin rəis müavini Elçin Rəcəbov çıxış edərək vurğulayıb ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədlifilmi nümayiş olunub.

Filmin nümayişi başa çatdıqdan sonra Rüksarə Əliyeva filmin əhəmiyyətindən bəhs edərək bu filmin hazırlanmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib və çıxışını Ulu öndərimiz Heydər Əliyevin məşhur "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır" kəlamı ilə bitirib.

Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatıb.

Şamo Əliyev

Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib

Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır

” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK

ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib

YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər

İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək

Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur