21 fevral tarixində 26 saylı bağçada Beynəlxalq Ana dili gününə həsr edilmiş tədbir keçirilib Tədbirdə çıxış edən 26 saylı körpələr-evi uşaq bağçasının müdiri Nigar Səfərova ana dilimizin zənginliyi, tarixi haqqında geniş çıxış edib. N.Səfərova çıxışında vurğulayıb ki, xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir. Bütün bunları uşaqlarımıza aşılanması missiyası isə olduqca əhəmiyyətlidir.
Daha sonra 26 saylı bağçanın balaca fidanları Ana dili günü ilə bağlı hazırladıqları proqramla çıxış ediblər.
Şamo Əliyev 





