Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb

Tarix:23-02-2017, 14:49

İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb

26 fevral Xocalı faciəsinin 25-ci il dönümü ərəfəsində Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətində baş tutan görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xocalı soyqırımından, eləcə də Azərbaycanın digər ərazilərində tarixi düşmənlərimiz tərəfindən törətdilən qətliamlardan, erməni vəhşiliklərinin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanınmasından ətraflı danışıb.
İ.Gülməmmədova bildirib ki, hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitçe-prezidenti Leyla Əliyevanın böyük xidmətlərin olduğunu, “Xocalıya Ədalət” kompaniyasının uğurlu nəticələr verdiyini qeyd edən başçı sözügedən kompaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırıldığını vurğulayıb.
İ.Gülməmmədova qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunub. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları tərəfindən etiraf olunur: “Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən işğalı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar”.

Daha sonra Xocalı şəhid ailələri üzvlərindən Tural Nurməmmədov, Birilyant Hacıyeva, Tahirə Hüseyinova, İbrahim Nurməmmədov və başqaları çıxış edərək Xocalı faciəsi və onunla bağlı dövlətimizin həyata keçirdiyi hüquqi və siyasi tədbirlərdən, torpaqlarımızın bütövləşməsi üçün ölkə başçısının apardığı alternativsiz siyasətdən danışıblar.

Sonda Xocalı köçkün ailələrinə maddi yardım təqdim olunub.

Şamo Əliyev

İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb
İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb
İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb
İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb
İradə Gülməmmədova Abşeronda məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşüb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub

Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib

Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib

Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır

” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK

ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib

YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər

İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək

Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür

Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur

Heydər Əliyevin 100 illik yubileyi Abşeronda qeyd edilib