Xəbər lentİ

Abşeronda 27 min 115 nəfər pulsuz tibbi müayinədən keçirilib

15:41, 01.03.17
Oxunub: 1 861
Gundem / SƏHİYYƏ
Abşeronda 27 min 115 nəfər pulsuz tibbi müayinədən keçirilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin profilaktik müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək məqsədi daşıyan aksiya Abşeron rayonunda da yüksək səviyyədə təşkil olunub. Tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün Abşeron rayon İcra hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları təşkil edilib. Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 4 tibb müəssisəsi tərəfindən həyata keçirilir. (Abşeron rayon Mərkəzi poliklinikası, Abşeron rayon uşaq poliklinikası,Saray qəsəbə xəstəxanası və Mehdiabad həkim ambulatoriyası ).

Qrafik əsasında rayon ərazisində fəliyyət göstərən səhiyyə ocaqlarında 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər pulsuz tibbi müayinədən keçəcək.Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb.

Bununla yanaşı, rayonun kənd və qəsəbələrində profilaktik tibbi müayinələr barədə məlumatlar yayılıb, elanlar asılıb. Profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Tibbi göstəriş olduqda pasiyentlərə köməkçi - instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar. Fevralın 15-dən martın 1-dək 27100 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı 215 nəfərə ambulator və 78 nəfərə isə stasionar müalicə göndərilib.

Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır, insanlar kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçən insanlar xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Sevindirci haldır ki, bu günə qədər aparılan müayinələr zamanı sakinlər arasında yolxucu xəstəliklər aşkar edilməyib.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: