Xəbər lentİ

Abşeron Rayon Uşaq Poliklinikasında könüllü qanvermə aksiyası keçirilib.

13:20, 15.03.17
Oxunub: 1 803
Gundem / SƏHİYYƏ
Abşeron Rayon Uşaq Poliklinikasında könüllü qanvermə aksiyası keçirilib.


Abşeronda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə növbəti qanvermə aksiyası keçirilib.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Qanvermə aksiyasında günorta saatlarına qədər 100 nəfərdən artıq insan qan verib.

Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən aksiyanı əhali razılıqla qarşılayıb.Sakinlər belə aksiyaların humanist bir addım olduğunu və talassemiya xəstəliyindən əziyyət çəkən insanlara qan verməkdən məmnun olduqlarını bildiriblər.

Şamo Əliyev

Abşeron Rayon Uşaq Poliklinikasında könüllü qanvermə aksiyası keçirilib.
Abşeron Rayon Uşaq Poliklinikasında könüllü qanvermə aksiyası keçirilib.
Abşeron Rayon Uşaq Poliklinikasında könüllü qanvermə aksiyası keçirilib.
Abşeron Rayon Uşaq Poliklinikasında könüllü qanvermə aksiyası keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: