Bu gün Xırdalan şəhərinin ərazisində həyata keçirilən abadl-quruculuq işləri çərçivəsində iməciliyi keçirilib. Bir sıra küçələrədə yol kənarlarına yeni ağac tingləri əkilib.
Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Abşeron rayonunun da simasının gözəlləşdirilməsi, ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə rayon ərazisində yeni ağac tingləri, yaşılıq zolaqları, park və meydanlar salınır, iməcliklər keçirilir.
Bu ənənin davamı olaraq Xırdalan şəhər Heydər Əliyev parkının kənarlarında, Heydər Əliyev prospektində, məhələllərdə, bağ və bağçalarda təmizlik işləri görülüb.
Rayonda həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində yol kənarlarında Təmir Abadlıq idarəsinin işçiləri tərəfindən iməcliklər aparılıb.
Xırdalan şəhərində “Nümunəvi həyət”in salınması işləri isə davam etdirilir. Belə layihələri həyata keçirməklə rayon icra hakimiyyətinin səyyar və yerli qəbulları zamanı sakinlər tərəfindən bir sıra məsələlərin, o cümlədən yeni yaşıllıqların salınması, yaşayış binalarının qarşısında bəzi vətəndaşlar tərəfindən qeyri – qanuni zəbt edilmiş ərazilərdə çəpərlərin sökülməsi və s. ilə bağlı qaldırlılan məsələlər də həllini tapır.



Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb.
Şəhər ərazisində təmizlik işləri aparılır, qurumuş ağaclar kəsilir, yarımçıq tikililər sökülür. Əhalinin rahat istirahətinin,gediş gəlişini təmin etmək məqsədilə yol kənarında olan yararsız ərazilər bərpa olunur. Bu işlər sakinlər tərəfindən razılıqla qarşılanır.