Xəbər lentİ

Bu gün Xırdalan şəhərində 100-dən çox mənzilə çıxarış verildi

14:07, 16.03.17
Oxunub: 1 367
Gundem / MARAQLI
Bu gün Xırdalan şəhərində  100-dən çox  mənzilə çıxarış verildi

Bu gün 16 mart tarixində “Kristal Abşeron” Şirkəti Xırdalan şəhərində inşa etdiyi binalarda mənzil alan vətəndaşlara çıxarışların təqdimetmə mərasimini təşkil etdi. Əmlak Məsələləri Dövlət Komitəsi binanın sakinlərinə birbaşa yaşadıqları binanın həyətində qeydiyyat xidmətindən istifadə edilməsi üçün şərait yaradıblar.
Bu gün Xırdalan şəhərində  100-dən çox  mənzilə çıxarış verildi

Çıxarışlar Komitənin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində verildi. Kampaniya zamanı 100-dən çox bina sakinləri komitənin mobil ofislərində qeydiyyat xidmətlərindən istifadə edərək, öz mənzillərinə çıxarışlar əldə ediblər. Bir çox vətəndaşlara isə çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.
Bu gün Xırdalan şəhərində  100-dən çox  mənzilə çıxarış verildi

Tədbirdə Kristal Abşeron” MTK-nın sədri Azər Məhərrəmov çıxışında qeyd etdi ki, bu gün zəhmətin bəhrəsini görürlər: «İnsanlar sevinclidir, biz də sevinirik. “Hiss edirik ki, gördüyümüz işdən razıdırlar. “Kristal Abşeron”un Xırdalandakı kompleksində bu günə qədər 1500-ə qədər çıxarış verilib. Təkcə bu gün 100-dən çox mənzilə çıxarış verildi. Çıxarışlar mənzil alındıqdan 10 gün sonra təqdim olunur. Hansı binanın tikilişi başa çatırsa, çıxarışı da tez bir zamanda hazırlanır.
Bu gün Xırdalan şəhərində  100-dən çox  mənzilə çıxarış verildi

Mənzilə köçən sakin hər cür şəraitlə, su, qaz, işıqla təmin olunmuş olur”. Sonda A. Məhərrəmov Novruz bayramı münasibətilə Xalqımızı təbrik edərək, cansağlığ və xöşbəxtlik arzuladı.
Bu gün Xırdalan şəhərində  100-dən çox  mənzilə çıxarış verildi

Fikirlər

 Oxşar xəbərlər: