İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Hacı Zeynalabdin Tağıyev məhz belə insanlardan biri idi. Şərəfli və keşməkeşli ömür yaşamış böyük xeyriyyəçi H.Z.Tağıyev "Təzə həyat" qəzetinin 1908-ci il nömrələrindən birinə verdiyi müsahibədə deyirdi: "Allah-təalanın iradəsi ilə fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq, çoxlu kitab, məcmuə və qəzet çap etdirmək lazımdır...".
Xeyriyyəçi, səxavətli insanlar bu gün də var. Onlar arasında gənclər fərqlənirlər. Gənclər müxtəlif sahələrdə xeyriyyəçiliklə məşğuldur. Bəziləri buna xeyriyyəçilik, bəziləri cəmiyyətdə mərhəmət hissinin aşılamasına cəhd deyirlər. Bəziləri də vətəndaşlıq borcu, insanlıq borcu hesab edir. Bu təbəqədən olan insanlar sosial qayğıya ən çox ehtiyacı olan insanlardır.
“Bu istiqamətdə fəaliyyətimizin kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə qoclar üçün davamlı olacağını arzulayırıq. İnsanlarımızda mərhəmət hissi var. Kimsəsiz uşaqlar! Hal-hazırda yüzlərlə yetim uşaq uşaq evlərində böyüyür.Görəsən o uşaqların dayağı kimlərdir? Görəsən gecələr o körpələr göy gurultusundan qorxanda ANA deyə kimə sarılırlar? Ürəkləri bir şey istəyəndə kimə göz dikirlər? Problemləri olanda kimə üz tuturlar?
Sevinclərini kiminlə bölüşürlər? Bəs göz yaşlarını? 8 Martda kimi ANAM deyə təbrik edirlər? Bəs görəsən həqiqi doğum gününün nə olduğunu bilirlərmi?
Dövlətlə yanaşı cəmiyyətin də bu təbəqədən olan insanlara diqqət ayırması olduqca vacibdir. Belə ki, başlıca fəaliyyəti uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.
Bu gün Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evinin kolektivi Binə qəsəbəsindəki “Ümid yeri” uşaq evində olub.
Xeyriyyə məqsədi daşıyan bu tədbir hər ay bağça rəhbərliyi tərəfindən müntəzəm şəkildə davam edir. Novruz bayramına təsadüf edən bu görüşü Abşeron informasiya agentliyinində iştirak etdiyi tədbir kimsəsiz uşaqların yaddaşlarından silinməyəcək.
Bağçanın əməkdaşlarının gətirdikləri hədiyyələr, bayram sovqatın, geyimlər, şəxsi gigiyena əşyaları və şirniyyat “Ümid yeri”nin sakinlərinin ürəyincə olub.
Məxsusi dəvət edilmiş animator, kosa və keçal, bahar qızı, mğənillər uşaqları əyləncəli nömrələri ilə sevindirib.
Xeyriyyə tədbiri çərçivəsində balacalara Abşeron rayonu onun, tarixi, mədəniyyəti barədə məlumat verildi. Xalqımızın qədim, adət ənənələrindən bəhs olundu. Milli bayramımız olan Novruz bayramı barədə bağçanın tərbiyəçiləri geniş məlumat verdilər.
Xırdalan şəhər 17 saylı Uşaq bağçasının və Körpələr evinin balaca fidanları həmyaşıdlarına bayram hədiyyələri verərək onlar üçün hazırladıqları rəqsləri nümayiş etdirib, şeir, mahnı söyləyədilər.
Qarabağ döyüşçüsü, İgidlik ordeni, Azərbaycan bayrağı, Vətən naminə mükafatları sahibi Adil Kərimov çıxış edərək “Ümid yeri” uşaq evinin kolektivini Novruz bayramı münasibətilə təbrik etdi. Onlara cansağlığı və xöşbəxtlik arzuladı.
“Ümid yeri” uşaq evinin kolektivi ilə birgə rəqs edən Abşeron rayon ictimayyətinin nümayəndələri, yumurta döyüşdürərək, mütəlif əyləncəli yarışmalar keçirdilər.
“Ümid yeri”nin rəhbərliyi uşaqları hədiyyələrlə və əyləncəli proqramla sevindirdiyinə görə Abşeron rayon İcra Hakimiyyətinə, Xırdalan şəhər 17 saylı Uşaq bağçasının və Körpələr evinin rəhbəri Könül İbrahimovaya və kolektivinə öz təşəkkürünü bildirdi.
Xatırladaq ki, “Ümid yeri” uşaq evində hazırda 47 nəfər tərbiyə alır.