Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir

Tarix:6-04-2017, 14:49

Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir


“Azərişıq” ASC Abşeron rayonunun qəsəbələrinin elektrik şəbəkələrində yenidənqurma işlərini davam etdirir. “Azərişıq” ASC yaradıldıqdan sonra rayonun kənd və qəsəbələrindəki elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli təhlili aparılaraq ölkənin sosial-iqtisadi inkişafı strategiyasına uygun olaraq istehlakçıların etibarlı və dayanıqlı elektrik təchizatı məqsədi ilə “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanaraq icrası uğurla həyata keçirilir.Hazırda bütün qəsəbələrdə növbə ilə istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi gedir.Bu işlərlə yanaşı uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş və texniki parametrlərini itirmiş alüminium naqillər özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) dəyişdirilir.Bu tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər normadan artıq elektrik enerjisi itkilərinin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.”Azərişıq” ASC istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün yenidən qurma,əsaslı və cari təmiri istiqamətində xeyli işlər görüb.Bütün bunlar , Abşeronda abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, və əhalinin rahatliğı üçün həyata keçirilir.

Xırdalan ETSİ –nin xidməti əraziləri olan Xırdalan şəhərində, Masazır, Hökməli, Qobu, Aşağı Güzdək, Müşviqabad və 28 May qəsəbəsində, Qobustan və Cəngi kəndində, Mexkalon yaşayış sahəsində xeyli işlər görülüb.

Xırdalan ETSİ –nin xidmət rəsi Nemət Qasımov Absheronxeber.az İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 69 ədəd yeni transformator quraşdırılmış, 41 ədəd transformator əsaslı təmir olunmuş, 755 ədəd dayaq və 148 min metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 65 min metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Masazır kəndində yeni 2 dövrəli hava xətti çəkilərək istismara verilmiş, “Mehdiabad 1” hava veriliş xəttinin üzərindən yükün bir hissəsi çıxarılaraq yeni inşa olunmuş Fatmayı yarımstansiyasına keçirilmişdir.Xırdalan 220 yarımstansiyadan qidalan ikidövrəli yeraltı 2700 metr kabel yenisi ilə əvəz olunmuşdur. Hazırda Xırdalan şəhərindəki Əlağa Vahid yarımstansiyasından şəhərdə inşa olunan digər yarımstansiyaları əlaqələndirən 6 km uzunluğunda dairəvi yeraltı kabelin çəkilişi işləri həyata keçirilir. Hal-hazırda isə Xırdalan şəhərində 6.5 km uzunluğunda daxili yeraltı xətt şəbəkəsinin qurulması işlərinə başlanılıb.

Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın aidiyyəti orqanlar qarşısında qaldırdığı məsələlərin nəticəsi olaraq ötən il Xırdalan şəhəri, Saray qəsəbəsi və Masazır kəndinin hər birində yeni 35 kilovoltluq yarımstansiya inşa olunmuş, Qobu qəsəbəsində isə 110 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılmışdır. Xırdalan şəhərində tikintisi “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən 110 kilovoltluq yarımstansiyada da işlər davam etdirilir.
Abşeron rayonun Fatmayı qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün 35/6 kv-luq 2x6,3 MVA gücündə “Fatmayı” yarımsatnasiyası inşa edilərək istismara verilib. Yarımstansiyada 6 və 35 kv-luq qapalı paylayıcı qurğular tikilib, müasir tipli eleqaz və vakuum tipli elektrik avadanlıqları quraşdırılıb. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kv-luq “Kürdəxanı” yarımstansiyasından 24 600 metr uzunluğunda iki dövrəli 35 kv-luq kabel xətti çəkilib. Ərazidə 6 kv-luq hava elektrik veriliş xətlərinin yığışdırılması üçün 18 000 min metrə yaxın kabel xətlərinin çəkilməsi də nəzərdə tutulub.

Bütün bunlarla yanaşı Xırdalan şəhərində dairəvi 35 kv-luq ayrı-ayrı mənbələrdən qidalanan şəbəkə qurulur.O, cümlədən şəhərin 27, 28, 30, 31-ci məhəllələrini qidalandıran 10 kv-luq hava xətləri yeraltı kabellə əvəz edilməklə I və II bölmələrdən qidalanma şərti ilə dairəvi və daha dayanıqlı yeni şəbəkə qurulur.Yeni standartlara uyğun olaraq kabel xəttinin trassası müəyənləşdikdən sonra qaydalara uyğun olaraq qabaqcadan kanalda yerləşdirilmiş,boruların daxili ilə aparılacaq və müəyyən olunmuş məsafədə luklar quraşdırılacaq ki, buda kabeldə yaranacaq qüsuru aradan qaldırmaqdan ötürü yenidən qazıntı işləri aparmağa ehtiyac qalmayacaq.

Bundan başqa enerji paylanmasında keyfiyyətin artırılması üçün bir çox kənd və qəsəbələrdə müasir tipli komplekt transformator məntəqələri quraşdırılaraq istıfadəyə verilib. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. KTM-lərin quraşdırılması fərdi yaşayış və bağ massivlərində xeyli sayda şəxsi transformatorların yığıdırılmasına və elektrik təchizatının yaxşılaşdırılmasına səbəb olub. Bu isə istehlakçıların göstərilən xidmətə etibarlarının artmasının nümunəsidir.

Şamo Əliyev

Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir
Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir
Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir
Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir
Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir
Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir
Abşeronda "Azərişıq" ASC tərəfindən irimiqyaslı yenidənqurma işləri davam etdirilir

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.