Bu gün Abşeron rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirildi.
Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada İcra Hakimiyyətin ərazisində genişmiqyaslı təmizlik aksiyası keçirildi.
Eyni zamanda, aksiyada rayon abadlıq idarəsinin, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 650 nəfər fəal iştirak etdilər.
Aksiya çərçivəsində rayonun kənd və qəsəbələrində yol kənarı ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi. Müxtəlif gül kolları və ağaclar əkildi.
Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə Kamazlar və xüsusi təyinatlı maşın cəlb olundu. Təmizlik işləri çərçivəsində Novxanı, Güzdək, Fatmayi, Qobu, Masazır, Mehdiabad və Saray qəsəbələrinin əraziləri toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşındı.
O cümlədən, aksiya iştirakçıları Xırdalan şəhəri prospektlər boyunda təmizlik və abadlıq işlərini davam etdirdilər. Küçələrdə, səki və parklarda, bağ, bağçalarda çoxlu sayda qızılgül kolları əkildi.
Estetik görüntüsü ilə diqqəti cəlb edən nümunəvi tullantı meydançalarının ətrafı gül dibçəkləri ilə bəzədildi.
Bundan başqa, Heydər Əliyev prospekti boyunca yol kənarlarında velosiped yolu işarələnək rəngləndi.
Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır. Rayon ərazisində yerləşən təhsil ocaqlarında müəllimlərdə iməclikdə böyük həvəslə iştirak etdilər.