Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən Xırdalan şəhərində yerləşən 1 saylı körpələr evi-uşaq bağçasında rayonun daxili imkanları hesabına təmir işlərinə başlanılmışdır.
Xırdalan şəhərində 1970-ci ildən fəaliyyət göstərən 1 saylı uşaq bağçasında aparılan əsaslı təmir işləri hal-hazırda davam edir. Təmir işləri hələ ki, bir korpusda aparılır, bağça isə öz fəaliyyətini digər korpusunda davam etdirir.
Təmir işləri çərçivəsində 1 saylı uşaq bağçasının korpusunda kanalizasiya xətləri yenidən çəkilib. Bağçanın pəncərələri yenilənir. Təmir işlərinə 10-a yaxın briqada cəlb edilib. Əsaslı təmir çərçivəsində qrup otaqlarının geniş və işıqlı olması nəzərə alınır.
Bağçanın arxa hissəsində olan qamışlıq təmizlənib, sözügedən ərazidə 400 tondan çox torpaq daşınaraq tökülüb və sahə tamamilə düzlənib.
Bağçanın giriş hissəsində 530 kv. metrlik əraziyə xırda dənəli asfalt beton döşənib, 64 paqon-metr səki daşı düzülüb və qurunt sularının vurulması üçün süni mühəndisi direnaj sistemi yaradılıb.
Uşaq bağçasının I korpusunda əsaslı təmir işləri yekunlaşdıqdan sonra isə həyətdə yaşıllıq zolağı salınacaq.
Bildirək ki, 4 qrupda, 75 uşağın tərbiyə olunduğu 1 saylı uşaq bağçasının korpusları 45 ildən çoxdur ki, əsaslı təmir olunmurdu.
Şamo Əliyev