Bu gün saat 10.30-da "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turunun iştiraçıları Abşeron rayonunun ərazisindən keçdilər. Abşeron informasiya agentliyinin Azərbaycan Velosiped İdmanı Federasiyasından aldığı məlumata görə, "Tour dchr("39")Azerbaidjan-2017" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçirilir.
Velosiped turunun birinci mərhələsi - Bakı - Sumqayıt (150 km) marşrutunu əhatə edir. Bu gün mərhələlərlə bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Sabah iştirakçılar 2-ci mərhələdə Bakı - İsmayıllı (187 km), mayın 5-də 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), mayın 6-da 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və mayın 7-də sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.
Mayın 7-də yarış iştirakçılarının Bakıda bir neçə dəfə dövrə vurması nəzərdə tutulub. Velosiped turu zamanı müvafiq mərhələlərə uyğun marşrutlar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
"Tour d'Azerbaidjan-2017" Abşerondan keçdi
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında deyib ki, velosiped turunun keçirilməsi ilə bağlı müvafiq ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün yol polisi həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyur və istiqaməti dəyişir: "Nəqliyyatın hərəkətinə məhdudiyyət də fasilələrlə qoyulur. Yəni elə formada işləməyə çalışırıq ki, sürücülərin də hərəkətində ləngimə olmasın".
Qeyd edək ki, builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.