Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib

Tarix:16-05-2017, 14:14

Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib

Laçın rayonunun 1992-ci il 17 may tarixində işğalı ilə əlaqədar olaraq Abşeron rayonunda məskunlaşan Laçından olan şəhid ailələri ilə görüş keçirilib. Abşeron Rayon İcra Hakimiyyətində baş tutan tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib. Laçının Azərbaycanın dilbər güşələrindən biri olduğunu, o torpaqlara geri qayıdacağımızı vurğulayan başçı hər bir Azərbaycanlının ürəyində vətən həsrətinin, torpaq nisgilinin olduğunu vurğulayıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə hər kəsin silaha sarılaraq rayonlarımızı işğaldan azad etməyə hazır olduğunu önə çəkən başçının sözlərinə görə, cəbhədə hərbçilərimizin qazandığı uğurlar düşməni həm sarsıldıb, həm də vahiməyə salıb. Azərbaycan ordusunun gücünü, döyüş əzmini qeyd edən İ.Gülməmmədova işğal altında olan ərazilərimizin hərb yolu ilə geri qaytarmağa qadir olduğunu deyib. O, müharibə şəraitində olmağımıza baxmayaraq Azərbaycanın günü-gündən inkişaf etdiyini, respublikanın hər yerində məktəblərin, bağçaların tikildiyini, yolların salındığını qeyd edən başçı ölkədə aparılan abadlıq-quruculuq işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra Laçından olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Şamo Əliyev

Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...

İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video

Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir

Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu

Demokratik inkişafın Heydər Əliyev modeli

Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir

Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub

I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib

Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu

Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.

Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib

İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir

Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib