Absheron Media
Haqqımızda Bizimlə əlaqə

25 ildir bizsiz olan Laçın və Laçınsız olan bizlər...

Tarix:18-05-2017, 01:36

25 ildir bizsiz olan Laçın və Laçınsız olan bizlər...


Bu gün mayın 17-də Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçınla son vida görüşümüz olub... Və Laçın rayonunun işğalından 25 il keçir...

-1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalmışdır.Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını işğal etmişdir. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olmuşdur. Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşmışdır. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınmışdır.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır. Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!

15 saylı körpələr-evi uşaq bağçasının müdiri : Mətanət Novruzova

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
Abşeron rayonunda 2022-ci il sentyabr şəhidlərinin xatirəsi anılıb
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.