Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanda uşaqlar dövlətin sonsuz qayğısı ilə əhatə olunmuşlar

Tarix:1-06-2017, 09:35

Azərbaycanda uşaqlar dövlətin sonsuz qayğısı ilə əhatə olunmuşlar

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.
Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Bəli, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd - Uşaq Hüquqları Haqqında Konvensiya Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949- cu ildə qəbul olunub. 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə uşaqların müdafiəsi günü kimi qeyd olunur. Bu əlamətdar gündə, ilk növbədə, uşaqların söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə, fiziki və psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə çatdırılır. Uşaqların müdafiəsi günündə bütün dünyanın diqqətini cəmiyyətin bu kövrək təbəqəsinə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir. 1991-ci il oktyabrın 18-də özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox keçmədən, daha dəqiq desək bir il sonra, 1992-ci ildə həmin konvensiyaya qoşulub. Dünyanın artıq 190-dan çox dövləti bu konvensiyanı imzalayıb.
Xatırladaq ki, 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmişdir. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş, ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə "Uşaq hüquqları haqqında" (1998), habelə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" (1999) Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.
Bəli, Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Ulu öndər Heydər Əliyev müstəqilliyinin ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqların taleyini bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdür. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan körpələri millət atası Heydər Əliyev ilə hər bir görüşdən sonsuz coşqu, böyük ilham alırdılar. Bu səmimi və kövrək görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Özünüz diqqət yetirin. Son illər ərzində sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycanda nə qədər tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Təbii ki, onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir. Amma əslində təkcə 2009-cu ildə deyil, bütün sonrakı illərdə də uşaqların problemlərinin həllinə Azərbaycan dövləti öz diqqətini bir an belə azaltmamış, əksinə, daim artırmağa çalışmışdır.
Yeri gəlmişkən, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikanın ən müxtəlif bölgələrində 250 müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilmiş, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 40-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
Müasir dövrdə, milli mədəniyyətin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli-mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi, kamil dünyagörüşünün formalaşması da aktual məsələlərdən biridir. Çağdaş dünyanı təhdid edən qlobal cinayətlər sırasında uşaqların sağlamlığına, mənəviyyatına zidd əqli və fiziki əməyə, habelə narkotik vasitələrə, narkobiznesə, insan alverinə, terrorizmə cəlb olunması, daxili orqanların transplantasiyası geniş yer tutur. Getdikcə transmilli xarakter alaraq daha geniş coğrafi arealı əhatə edən bu cinayətlər uşaq problemlərinə yeni dünya nizamının acı reallıqları kontekstindən yanaşılmasını, hər addımda köməyə ehtiyac duyan körpələrin hüquqlarının bütün səviyyələrdə qorunmasını obyektiv zərurətə çevirir.
Son 10 ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının hərtərəfli tətbiqi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, kompyuterləşmənin geniş vüsət alması, internetin keyfiyyətinin yüksəldilməsi uşaq hüquqlarının müdafiəsi sahəsində yeni imkanlar açmışdır. Qloballaşmanın, virtual məkanın cəmiyyətə gətirdiyi yeni reallıqlar uşaqların sağlam ruhda, yüksək milli-mənəvi və ümumbəşəri humanist dəyərlər əsasında təlim-tərbiyəsinə də yeni baxış tələb edir. Dövlətlər arasındakı sərhədlərin tədricən aradan qalxdığı, ortaq qlobal mədəniyyətin formalaşdığı hazırkı dövrdə uşaqların milli ruhda tərbiyəsi, tarixi ənənələrə, soykökünə bağlanması çətinlik yaradır. Lakin bu məsələlərə diqqəti bir an belə azaltmaq olmaz. Yaxşı haldır ki, Azərbaycan cəmiyyəti bu problemlərin fərqindədir.
Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Müxtəlif dövlət sturukturlarının cəlb olunduğu bu proqramlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də fəal iştirak edir. Qeyd edək ki, komitə respublikamızda ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasəsətini həyata keçirən, bu sahədə inkişafı təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə qarşısına qoyulan ən əsas vəzifələrdən biri də bu gün Azərbaycanda uşaqlar haqqında vahid məlumat bazasının formalaşdırılmasıdır. Məhz belə bir məlumat mərkəzi əsasında ölkədə uşaqların vəziyyətini, onların inkişafı ilə bağlı həllini gözləyən əsas problemləri müəyyən etmək mümkün olacaqdır. Artıq bu istiqamətdə xeyli iş görülmüşdür. Məlum olduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müntəzəm olaraq qaçqın və məcburi köçkünlərin problemləri araşdırılaraq ehtiyacları müəyyənləşdirilir və bu istiqamətdə müvafiq tədbirlər görülür. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birlikdə belə ailələrdən olan uşaqların dolğun istirahəti üçün hər il xüsusi yay düşərgələri təşkil olunur.
Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, uşaqların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmur. Doğrudur, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur. Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurd-yuvasından didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri azad etmək istəmir. 1000 nəfərdən çox körpə fidanımız amansız müharibənin qurbanı olub, Xocalıda, başqa işğal olunmuş rayon və kəndlərimizdə qanına qəltan edilib. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur. Ümid etmək istərdik ki, Azərbaycanın bu qaçqın-köçkün balaları yaxın, lap yaxın vaxtlarda özlərinin bu mübarək bayramlarını doğma yurdlarında qeyd edəcəklər. Buna dünyaınn bütün uşaqları kimi onların da haqqı var!

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib