Xəbər lentİ

Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri hesabat konserti təqdim ediblər

15:53, 16.06.17
Oxunub: 2 112
Gundem / MƏDƏNİYYƏT
Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri hesabat konserti təqdim ediblər


16 iyun 2017-ci il tarixdə Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri 2016-2017-ci il dərs ilinin yekunlarına həsr edilmiş hesabat konserti təqdim ediblər.

Hesabat konsertində Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon hüquq –mühafizə orqanlarının rəhbərləri idarə müəssisə və təşgilatlarının rəhbərləri, qəsəbə ərazi İcra nümayəndəsi, bələdiyyə sədiri iştirak ediblər.

Konsertdə məktəbin xor kollektivi R.Hacıyevin “Yaz gəldi” əsərini səsləndirib. Həmçinin beynəlxalq və respublika müsabiqələrinin laureatları, skripkaçılar ansamblı və başqalarının ifasında görkəmli bəstəkarların əsərləri ilə yanaşı, muğam və xalq mahnıları ifa ediblər.

Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub.

Sonda məktəbin xor kollektivi M.Maqomayevin “Azərbaycan” mahnısını səsləndirib.

Şamo Əliyev

Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri hesabat konserti təqdim ediblər
Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri hesabat konserti təqdim ediblər
Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri hesabat konserti təqdim ediblər
Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri hesabat konserti təqdim ediblər
Ceyranbatan uşaq incəsənət məktəbinin istedadlı şagirdləri hesabat konserti təqdim ediblər

Fikirlər

 Oxşar xəbərlər: