Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunun bir sıra yaşayış massivlərində yağış-kanalizasiya sistemi quraşdırılıb

Tarix:24-08-2017, 21:10

Abşeron rayonunun bir sıra yaşayış massivlərində yağış-kanalizasiya sistemi quraşdırılıb


Abşeron rayonunun Məmmədli kəndində yağış və qrunt sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə görülən işlər yekunlaşmaq üzrədir. Bu işlər 2017-2018-ci illər payız-qış mövsümündə yağış sularının fəsadlarına qarşı hazırlıq məqsədilə hazırlanan tədbirlər planına uyğun görülür.

Ötən ilin sentyabr və oktyabr aylarında yağan yağışlar yağıntı normasından çox olduğundan respublikanın bir çox yerlərində olduğu kimi, Abşeron rayonunun bir sıra kənd və qəsəbələrində yeni yaşayış massivlərində, göl ətrafında yaşayan sakinlərin evlərində ciddi fəsadlar törədib. Məmmədli kəndində də yeni yaşayış massivində, “Gölətrafı” deyilən ərazidə yaşayan sakinlər qış aylarında yağan yağışlar zamanı gölün səviyyəsinin artmasından əziyyət çəkirdilər. Qış aylarında intensiv yağışın yağması və qrunt suları nəticəsində göldə suyun səviyyəsinin qalxması ətraf ərazidə yaşayan sakinləri narahat edirdi. Hazırda gölün qurudulması istiqamətində mühüm işlər görülür. Gələcəkdə qurudulan gölün yerində yeni park salınacaq.

Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal şəkildə kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığı üçün yağış yağarkən gölə yaxın yaşayan sakinlərin evlərinə zərər verirdi, nəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də kəndin daxilindən keçən magistral yolun asfalt örtüyünün yuyulmasına səbəb olurdu. Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli Sərəncamına əsasən, respublikamızın digər ərazilərində olduğu kimi Məmmədli kəndində də səth sularının normal şəkildə kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulması və yeni yaşayış massivindəki gölün qurudulması işləri artıq yekunlaşmaq üzrədir.

Ərazidə abadlıq, quruculuq, vətəndaşların sosial problemlərinin həlli istiqamətində işlər davam etdirilir. Abşeron rayonu Məmmədli kəndi ərazisində mövcud olan gölün qrunt, yağış suları ilə əlaqədar daşması nəticəsində ətrafda olan 500 dən çox ev subasmaya məruz qalıb. Prezidentin tapşırığına uyğun olaraq qısa zamanda “Azərsu” ASC tərəfindən beton xəttin çəkilişinə başlanılıb və 856 metr xətdən artıq 700 metri tam hazırdır. Kəndin yeni yaşayış massivindəki gölün qurudulması və gölün suyunun normal şəkildə axıdılması üçün min millimetr diametrlik borudan istifadə olunur. Gələcəkdə kanalizasiya xətləri də bura qoşulacaq.

Qeyd edək ki, Xırdalan şəhərində, Masazırda Sarı Aşıq küçəsində, Saray qəsəbəsində yeni yaşayış massivindəki Cabir Novruz, Mübariz Ziyadov, Elşən Hüseynov, Qasım bəy Zakir küçələrində fərdi yaşayış evlərini yağış sularından qorumaq üçün yeni yağış- kanalizasiya sistemi quraşdırılıb.

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib