Qurban bayramı Mehdiabad qəsəbəsində də geniş qeyd olunub.
Bununla bağlı qəsəbənin məscidlərində keçirilən mərasimlərdə respublikamızın tərəqqisi, xalqımızın xoş rifahı və əmin-amanlığı naminə dualar oxunub. İslam dininin, Qurani-Kərimin irəli sürdüyü yüksək mənəvi amalları əsas götürməyinin vacibliyi xatırlanıb. Sonra bayram münasibəti ilə qurbanlar kəsilib.
Mehdiabad bələdiyyəsi tərəfindən Kəsilən heyvanlar şəhid ailələrinə, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarına, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, eləcə də aztəminatlı ailələrə paylanılıb.
Ümumilikdə qəsəbə üzrə 110 ailəyə qurban payı verildi.
Şamo Əliyev