Xəbər lentİ

Abşeron rayon bələdiyyələri tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir

16:24, 16.10.17
Oxunub: 1 082
Gundem / MARAQLI
Abşeron rayon bələdiyyələri  tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir

16 oktyabr 2017-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Region Bələdiyyələrinin fəaliyyətində şəfaflığın artırılması ilə bağlı bilik və bacarıqların artırılması inkişaf etdirilməsinə yardım göstərilməsi lahiyəsi" rayonda fəaliyyət göstərən bələdiyyələrlə növbəti işgüzar görüş keçirilmişdir.

Görüşdə Abşeron Rayon İcra Hakimiyyəti əməkdaşları, bələdiyyə sədrləri, bələdiyyə sədrlərinin müavinləri və şöbə müdirləri iştirak etmişlər. Görüşdə bələdiyyələrin maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər, vətəndaşların qəbulu və bu sahədə aparılan işlər, bələdiyyələrin balansında olan texnikalarının mövcud durumu, məişət tullantılarının daşınma vəziyyəti, bələdiyyələrdə hüquqi aktların qəbulu və onların həyata keçirilməsi, bələdiyyələrdə Humanitar sektorların fəaliyyəti və bələdiyyə sədrləri tərəfindən səyyar görüşlərin keçirilməsi, həmin görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti haqqında apardıqları araşdırmalar barəsində ətraflı məlumatlar dinlənilmişdir.

Region Bələdiyyələrinin fəaliyyətində şəfaflığın artırılması ilə bağlı bilik və bacarıqların artırılması inkişaf etdirilməsinə yardım göstərilməsi lahiyəsinin rəhbəri Könül Quliyeva, ekspertlər Zaur İbrahimli, Mirəli Hüseynov çışış edərk bələdiyyələr arasında marifləndirici tədbirlərin tez- tez keçirilməsinin vacibliyini qey etdilər.

Sonra görüşdə müzakirə olunan məsələlər barəsində geniş fikir mübadiləsi aparılmış və müvafiq tövsiyələr verilərək bildirilmişdir ki, keçirilən görüşdən sonra Abşeron rayon bələdiyyələri tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir. Bununla belə həmçinin qeyd edilmişdir ki, bələdiyyələrin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox iş görülməlidir. İclasda bələdiyyələrin vergi və rüsumlarının yığılması, bələdiyyə gəlirlərinin artırılması, bələdiyyələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması və iqtisadi imkanlarının artırılması məqsədilə təklif və tövsiyələr səsləndirilmiş, növbəti ayların fəaliyyət istiqamətləri və hədəfləri müəyyənləşdirilmişdir.
Abşeron rayon bələdiyyələri  tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir
Abşeron rayon bələdiyyələri  tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir

Abşeron rayon bələdiyyələri  tərəfindən xeyli işlər görülmüş və nəzərə çarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir

Fikirlər

 Oxşar xəbərlər: