Xəbər lentİ

Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sanitariya müayinələri aparılır

00:22, 21.10.17
Oxunub: 2 014
Gundem / SƏHİYYƏ
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sanitariya müayinələri aparılır


Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin və kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir.

“Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən, rayonun yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparılır”.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profilaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabit olmuşdur. Mərkəz işini Rayon İcra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərə qarşı Kompleks Tədbirlər Planı əsasında qurmuş, görülmüş işlərin nəticəsi olaraq 2017-ci ilin 9 ayı ərzində bir çox yoluxucu xəstəliklərin sayı azalmış, bəzi xəstəliklər isə ümumiyyətlə qeydə alınmamışdır. Rayonun məktəb, uşaq bağçası və digər müəssisələrində, Xırdalan şəhərindəki çoxmənzilli yaşayış binalarında, su anbarlarında dezinfeksiya tədbirləri həyata keçirilmiş, sanitar təmizliyin vəziyyəti ilə bağlı rayonun bütün yaşayış məntəqələrində müntəzəm reydlər aparılmış, 51 ünvanda qeyri-qanuni zibilliklər aşkar olunaraq ləğv edilmiş, bununla bağlı 11 nəfər maddi məsul şəxsə cərimə tətbiq olunmuşdur.

Sanitariya mühiti daim nəzarət altındadır, bazarlarda, ictimai yaşayış binalarının ərazilərində, bütün xidmət obyektlərində müntəzəm olaraq yoxlama və reydlər keçirilir, nöqsanların aradan qaldırılması, təmizlik və profilaktika işlərinin vaxtında aparılması üçün səy göstərilir. Əhalinin özünün bu işdə fəallığını yüksəltmək icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən görülən tədbirlərin əsas məzmununu təşkil edir.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: