Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda qrunt sularının kənara axıdılması üçün qabaqlayıcı tədbirlər görülür - VİDEO

Tarix:15-11-2017, 15:18



Ölkə başçısının tapşırığına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrində yağış və səth sularının normal kənarlaşdırılmasını təmin etmək və qışa hazırlıq məqsədi ilə mühüm layihələr həyata keçirilir. Mehdiabad qəsəbəsində də qrunt sularının kənarlaşdırılması üçün aparılan bu işlər uğurla davam edir.

Mehdiabad qəsəbəsində qrunt sularnn yığılması nəticəsində müəyyən qədər çətinlik yaranmışdı. Sülh küçəsində yeni yaşayış massivindəki göldə suyun müəyyən qədər səviyyəsinin artmasından evlərə suyun axması baş vermişdi. Bu il qabaqlayıcı tədbir olaraq Rayon İcra Hakimiyyəti tərəfindən Azərsu ASC-yə müraciət olundu və qısa zamanda müsbət cavab verildikdən sonra işlərə start verildi. Qışda təkrar narahatçılıq yaşanmasın deyə burda işlər görülməyə başladı. Hal hazırda Sülh küçəsində fərdi yaşayış evlərini yağış sularından qorumaq üçün göldə nasos quraşdırılır. Nasos vasitəsi ilə əmin qrunt suları kənara axıdılacaq ki, nəticədə həmin gölün səviyyəsi aşağı düşəcək. Hazırda son tamamlanma işləri görülür. Əraziyə texnika və işçi qüvvəsi cəlb edilib. Qəsəbə daxili yollara şlak və karbonat tökülür.Əhalinin daha da rahat yaşayışını təmin etmək məqsədi ilə hər bir sahədə qabaqlayıcı tədbirlər görülür.

Şahnaz Hüseynova-sakin: Mən bura sakiniyəm 3 ildi yaşayıram.Burda gölün səviyyəsi,suyu yağış yağanda çox qalxırdı.Uşaqlar çox əziyyət çəkirdi məktəbə gedəndə.Hətta maşınlar qalxa bilmirdi.İndi görürük burda çox gözəl abadlıq işləri aparılır.Bu da bizi çox sevindirir.Göl də qurudulur gördüyümüz kimi,işlər gedir və biz də bundan çox razıyıq. Əvvəl çox, həddindən artıq əziyyət çəkirdik. İndi şükür Allaha ki, sevinirik baxıb. Biz də uşaqlar da rahatçılığa qovuşarlar.

Canpolad Abışov- sakin: 10 ildən çoxdu burda yaşıyırıq. Bir az müəyyən çətinliklər çəkirdik,yağış yağanda bu gölün suyu qalxırdı. Əhali çox çətinlik çəkirdi. Sağ olsun müraciət elədik Abşeron rayon İcra Hakimiyyətindən, gəldilər baxdılar, düzdülər qoşdular. İndi burda müəyyən işlər gedir. Allah köməylərində olsun. Hamısına minnətdarlığımızı bildiririk camaat adından.

Qeyd edək ki, rayonun bütün kənd və qəsəbələrində səth sularının kənarlaşdırılması üçün kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir. Bununla əlaqədar Abşeron rayon İcra Hakimiyyətində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq komissiya yaradılıb və tədbirlər planı təsdiq edilib. Bu işlər 2017-2018-ci illər payız-qış mövsümündə yağış sularının fəsadlarına qarşı hazırlıq məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər görülür.

Şamo Əliyev

Azərbaycanın uğurlu enerji siyasəti...
Azərbaycanın uğurlu enerji siyasəti...
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeron rayonunda da geniş şəkildə qeyd olunub
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Yüksələn xətlə inkişaf edən Azərbaycan-İsrail əlaqələri...
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Laçınlılar doğma yurd yerlərinə qayıdırlar
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında da böyük rolu var
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda Dini işlər üzrə komissiyanın erkən nikahalara qarşı iclası keçirilib
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
Abşeronda sahibsiz itlər üçün yeni mərkəz yaradılır
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
” MAVİ KOD” HƏKİM CAVANŞİR MƏHƏRRƏMOVDAN TİBB TARİXİNDƏ BİR İIK
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
Abşeronda keçirilən əmək yarmarkasında 140-dan çox vakansiya təqdim edilib
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
YAP Veteranlar Şurasının üzvləri gənclərlə görüşüblər
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
İçməli sudan qanunsuz istifadəyə qarşı Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tədbirlər görüləcək
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeronda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur
Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusudur