Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.

Tarix:15-11-2017, 20:45

İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 16-19 noyabr tarixlərində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə yola düşəçək rayon məktəbliləri ilə görüş keçirib.

Abşeron RİH başçısının, məktəb direktorlarının, müəllimlərin və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ilk önçə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək, abidəsi önünə gül dəstəsi qoyulub.

Abşeron rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova tədbiri giriş sözü ilə açaraq bildirib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Qeyd olunub ki, ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 məktəbli iştirak edib.

İ.Gülməmmədova çıxışında vurğulayıb ki, bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə 3213 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 17 minə yaxın olacaq.

Diqqətə çatdırılıb ki, Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olmasını, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Bildirilib ki, məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri – Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları Gəncənin yeni xəritəsində əksini tapıb. Tur-aksiyanın iştirakçıları bu yeniliklərlə tanış olacaq, şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər.

İ.Gülməmmədova Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan danışıb. Rayon rəhbəri həmçinin çıxışında son 12 ildə Abşeron rayonunda aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən də söhbət açıb.

Tədbirdə çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Şamo Əliyev

İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.
İradə Gülməmmədova  “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəçək rayon məktəbliləri ilə görüş keçirib.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir