Xəbər lentİ

Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib

18:35, 21.11.17
Oxunub: 1 442
Gundem / SƏHİYYƏ
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib


Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib

Bu gün Abşeron rayon Mərkəzi xəstəxanasının əməkdaşlarının və "Məzun evi"nin sakinlərinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Abşeron rayonu "Məzun evi" Sosial Müəssisəsinin həyətində ağacəkmə kampaniyası keçirilib. Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Aksiya zamanı 100- ə yaxın Eldar şamı əkilib. Eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.


“Məzun evi”nin sakinləri yaşıllaşdırma aksiyasına qoşulmaqdan, ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn bu aksiyada iştirak etməkdən məmnun olduqlarını bildiriblər. Onlar mənzillə təmin edildikləri bu müəssisəyə doğma evləri kimi yanaşdıqlarını, müəssisənin ərazisində əkdikləri ağaclara və gül kollarına daim qulluq edəcəklərini, bundan sonra da ətrafda yeni yaşıllıqların salınmasına çalışacaqlarını vurğulayıblar.

Məlumat üçün bildirək ki, rayonun ekoloji təmizliyinə xidmət edən bu cür tədbirlərin Rayon Mərkəzi Xəstəxanasının təşkilatşılığı ilə Abşeron rayonunda mütəmadi olaraq hər həftə keçrilməsi nəzərdə tutulur. Məqsəd rayonda yaşıllıq zolağını, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Şamo Əliyev

Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Masazırda ağacəkmə aksiyası keçirilib

Fikirlər

 Oxşar xəbərlər: