Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.

Tarix:29-01-2018, 17:10

Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.


Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017- ci ilin yekunlarına həsr olunmuş hesabt yığıncağı keçirilib. Yığıncaqda bir il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrdən geniş söhbət açılıb.

2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında Abşeron rayon İcra Hakimiyyəti başçısının müavinləri İlham Quliyev və Fuad Cəbrayılov, icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə 2017-ci ilin yekunları ilə bağlı hesabat məruzəsində görülmüş işlər geniş təhlil edilib. Geridə qoyduğumuz ilin ölkəmiz üçün çox uğurlu keçdiyini bildirən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev , respublikada ardıcıl həyata keçirilən iqtisadi islahatların Abşeron rayonunun sosial-iqtisadi inkişafına da müsbət təsir göstərdiyini, rayonda yeni xidmət sahələrinin, istehsal müəssisələrinin yaranmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

Yığıncaqda hesabat mərüzəsi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov qeyd edib ki, 2017-ci ildə şəhərimizin iqdisadiyyatı uğurla inkişaf etmiş, bütün göstəricilər müsbət və stabil olmuşdur. Xırdalan şəhərində abadlıq və quruculuq işləri daha da geniş miqyasda davam etdirilmiş , istehsal müəssisələrinin, sosial obyektlərin , çoxmərtəbəli coxmənzilli binaların tikintisinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir.

R.Yusubov bildirib ki, bununla yanaşı Xırdalan şəhərinin ən ciddi problemi olan və böyük əhəmiyyət kəsb edən lahiyələrdən biridə Azərbaycan Respublikası Prezidentinin 27.02.2014- cü il tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2014- 2018- ci illərdə Reginların sosial- iqdisadi inkişafı Dövlət Proqramı ” nın həyata keçirilməsi üzrə “ Tədbirlər Planı” na uyğun olaraq Xırdalan şəhərində Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyə dəstəyi ilə su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması işlərinə 17 iyul 2017 ci il tarixdə təməl qoyma mərasimi ilə başlanılmışdır.

Təməl qoyma mərasimində Azərsu ASC nin rəhbər işçiləri ilə birgə rayon İcra Hakimiyyəti Başçısı və şəhər sakinləridə iştirak etmşdi. Lahiyənin icraası 2 il 4 ay müddətində nəzərdə tutulmuş və ümumi dəyəri 108.000.000 manat təşkil edir.Qeyd etdiyimiz sosial- iqdisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həmçinin Xırdalan şəhərində “Asiya İnkişaf Bankının” maliyyə dəstəyi ilə şəhərin fasiləsiz elektrik enerji təminatının yenidən qurulması məqsədilə əlaqədar 2 ədəd 35 Kva lıq yarımstansiya tikilmiş və 10 kv transformatorlar arasında yeraltı kabelləşmə işləri görülmüşdür , hazırda 27, 28, 30, 3- ci məhələlərdə işlər davam etdirilməkdədir.

“ ASAN” xidmətin səyyar briqadası əvvəlki ildə olduğu kimi 2017- ci ildədə şəhərin mərkəzində rayon sakinlərinə xidmət göstərmişdir. Xırdalan şəhərində 2017 ci il 6-7 oktyabr tarixlərində "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunmuşdur.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən də az təminatlı və ehtiyacı olan sakinlər üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xırdalan şəhər İcra Nümayəndəliyinin təşəbbüsü ilə ötən dövrdə bir çox uşaq bağçalarında cari təmir işləri aparılmışdır. Bununla yanaşı tərəfimizdən M. Hüseynzadə k. və H. Əliyev pr.- ə 1500 kv.m qazon, 570 kv.m üzlük ağlay daşları vurulmuş, 428 ədəd şam ağacları əkilərək abadlıq işləri aparılmışdır , eyni zamanda 26- cı məhəllə 1 saylı binanın qarşısında sakinlər üçün istirahət guşəsi yaradılmış və bu məqsədlə kölgəlik quraşdırılaraq 30 ədəd şam agacı əkilməklə bərabər 200 kv.m tamet döşənilmiş, 4 ədəd zibil qutusu, 2 ədəd uşaq əyləcəsi üçün yelləncək , 1 ədəd sürüşkən , 8 ədəd oturacaq quraşdırılmışdır.

Hesabat dövrü ərzində respublikamızda qeyd olunan faciəvi, əlamətdar , tarixi günləri və hadisələr , dövlət bayramları və yubleylərlə bağlı tədbirlər keçirilmiş, dini mərasimlərin təşkili diqqət mərkəzində saxlanılmış, şəhid və imkansız ailələlərə yardım göstərilmiş , iftar süfrələri açılmışdır. Həmin tədbirlər televiziya kanallarında və kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.Bütün bunların yüksək səviyyədə keçirilməsi ənənə halını almışdır. Beləki , “İlaxır çərşənbə” günü – Novruz bayramı münasibətilə şəhərdə tədbirlər keçirilmişdir.Bayrama hazırlıqla əlaqədar 12-21 mart 2017-cı il tarixlərində şəhər ərazisində iməciliklər təşkil olunmuş, abadlıq, sanitar-təmizlik işləri aparılmış, bütün təlim-tərbiyə və mədəniyyət müəssisələrində şeir, rəsm, milli rəqs, xonça və səməni müsabiqələri keçirilmiş, Novruzun gəlişinə həsr olunmuş bayram tədbirləri təşkil olunmuşdur. Eləcədə adət-ənənələrimizi əks etdirən sərgilər nümayiş edilmiş, idmançıların nümunəvi çıxışları göstərilmiş, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Ötən il Novruz və Qurban bayramları ərəfəsində əsasən şəhid ailələrinə, az təminatlı və ehtiyacı olan ailəlrə tərəfimizdən bayram sovqatları paylanılmışdır. Bayraq günü münasibəti ilə keçirilmiş rayon tədbirində şəhər icra Nümayəndəliyinin kollektivi mütəşəkkil iştirak edərək milli və dövlət atributlarımızla yürüş etmişlər.
Əhaliyə satılan ərzaq məhsullarının yararlılığı nəzarətə götürülmüş və bununla bağlı mütəmadi reydlər keçirilmişdir.

Ordu sıralarına çağırışın vəziyyəti və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı görülən işlər ,Icra Nwmayəndəliyinin daim nəzarətində və diqqət mərkəzində saxlanılmışdır.Hərbi xidmətə çağırışla bağlı gənclərin çağırış məntəqəsinə mütəşəkkil gətirilməsində və təntənəli surətdə hərbi xidmətə yola salınmasında icra nümayəndəliyi, fəal iştirak etmişdir. Gənclərin hərbi xidmətdən yayınma halları müşahidə olunmamışdır. Hərbi xidmətə çağırış üzrə tapşırıqlar bir qayda olaraq vaxtında yerinə yetirilmişdir.

Şəhərə müasir görkəm verən yüksək mərtəbəli binaların tikintisi geniş vüsət almaqdadır. Hazırda şəhər ərazisində 20 yerdə yüksək mərtəbəli yaşayış binaları inşa olunmaqdadır.Ötən il ərzində şəhərin 26- cı məhəllədəki 4 və 9 saylı binaların dam örtükləri yenilənmiş, 28- ci məhəllədəki 17, 18, 26 və 27 saylı binaların pilləkən qəfəsələri təmir olunmuşdur. İstər H. Əliyev prospektində , istərsə də mərkəzi küçələrdəki ticarət, məişət və içtimai iaşə obyektlərin qabaq hissələri əsaslı şəkildə təmir olunaraq gecə işiqları ilə bəzədilmişdir.

Heydər Əliyev prospektinə, H. Əliyev adına istirahət parkına, Quşçuluq yaşayış massivinə, kənd Xırdalan hissəsinə, məhəllələrdəki bir çox binaların dam örtükləri , M. Ə. Rəsulzadə , Həsən Əliyev , Məmmədhüseyn Şəhriyar , Rəsul Rza , Leyla Məmmədbəyova , Şixəli Qurbanov , Qalubiyyə , H.Z. Tağıyev, T. İsmayılov , N. Tusi küçələrinə ümumilikdə 10 300 kv.m tamet qoyulmuş , 8661.6 kub.m çınqıl tökülmüş , 43709.5 p\m səki daşı qoyulmuş, 104 227 kv.m asfalt örtüyü vurulmuş, 128 kub.m münbit torpaq tökülmüş, 23 934 ədəd müxtəlif növ dekorativ güllər əkilmiş , 4543 kv.m dam örtüyü vurulmuş, 115 kv.m mərmər döşənmiş, 1020 ədəd eldar şamı , 1200 ədəd xan çinarı , 1370 ədəd zeytun ağacları əkilmiş, 450 p\m mis kabel çəkilmiş, 57 ədəd oturacaq qoyulmuş, bununla yanaşı şəhərin digər yerlərinə 36 ədəd işıq dirəkləri, 5400 p\m mis kabel, 260 ədəd iqniter, 372 ədəd lampa, 9300 ədəd dekorativ güllər, 5460 kv.m qazon döşənilmişdir. Ümumilikdə il ərzində 3590 ədəd müxtəlif ağac, 23 934 ədəd müxtəlif növ dekorativ güllər və 11560 kvm qazon əkilmişdir.

Şəhərin ərazisində binaların zirzəmilərindəki su və kanalizasiya xəttlərində olan qüsurlar aradan qaldırılmış , oradakı sular nasos vasitəsi ilə kənarlaşdırılmış , tüstü bacalarının təmizlənməsi təmin olunmuşdur.

Əhalinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə məhəllələrdəki istirahət parkları və güşələrində də abadlıq və təmizlik işləri aparılmışdır. Bu ildədə davam etdirilməkdədir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ərazidəki sosial və ictimai obyektlərin, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatını daha da yaxşılaşdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatı məqsədi ilə şəbəkədə təmir və genişləndirmə işləri görülmüş ,müxtəlif markalı 1970 metr naqil , 2523 metr kabel , 933 metr SİP kabeli çəkilmişdir. Ayrı-ayrı məntəqələrdə sıradan çıxmış 3 transformator təmirdən sonra yerinə qoyulmuş , digər bir transformatorun əvəzinə başqa daha güclü trasformator quraşdırılmış, 345 kq yağ istifadə olunmuş, 2 ədəd mufta , 45 izolyator , 2 dəmir – beton və 13 ədəd dayaq dəyişdirilmişdir .

Əhalinin içməli suya olan təlabatını daha dolğun ödəmək məqsədilə əvvəldə vurğuladığımız sifarişçi və podratçı təşkilatlar tərəfindən şəhərin su təchizatı və kanalizasiya sistemləinin əsaslı olaraq yenidən qurulması işlərinə başlanılmışdır. Podratçı şırkətlər tərəfindən bu günə kimi 17. 649 metr kanalizasiya xəttini, 43. 550 metr su təchizatı xəttinin çəkilməsini yerinə yetirilmişdir.

Hesabat döründə su və kanalizasiya xəttlərində 1645-ə qədər qəza baş vermiş və təmir- bərpa işləri aparılaraq su itkisinin qarşısı alınmışdır, kanalizasiya xəttində 2482 qəza, ümumilikdə 4127 qəza baş vermiş və təxirə salınmadan təmir – bərpa işləri aparılaraq qəzaların qarşısı alınmışdır

Yola saldığımız ötən ildə də təlim- tərbiyyə müəssisələrində bir sıra müsbət işlər görülmüş ,uğurlu nəticələr əldə edilmiş , təlim –tərbiyyənin keyfiyyəti yüksəldilmişdir. Belə ki , ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərən Xırdalan şəhər 1 , 2 , 3 , 5 , 6 və 7 saylı tam orta məktəbləri nümunə ola bilər . Xırdalan şəhər 2 saylı (81.9%), 1 saylı (80%), 6 saylı (73.3%), 3 saylı (73.1%) ali məktəbə qəbul göstəriciləri olmuşdur. 5 və 7 saylı orta məktəbin buraxılış imtahanlarının nəticəsi 92% olmuşdur. Şəhərin 5 saylı tam orta məktəbinin məzunu Məmmədova Jalə Müşviq qızı ali məktəbə qəbul zamanı 700 bal toplamışdır. Artıq üçüncü ildir ki, bu ənənə davam edir. 14 dekabr 2017 ci il tarixində Xırdalan şəhərində H. Əliyev mərkzində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Ümumtəhsil fənləri üzrə olimpiadanın yekun mərhələsində 10 saylı tam orta məktəbin şagirdi bürünc medal, şəxsi birincilik üzrə 4 saylı tam orta məktəbin şagirdi biologiya fənni üzrə birinci yerləri tutmuşlar. 06 aprel 2017 ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilmiş məktəblilər arasında şahmat festivalının rayon mərhələsi keçirilmişdir. Yarışda 1 saylı tam orta məktəbin komandası qalib olmuş və iştirak üçün respublika mərhələsinə ezam olunmuşdur. Məzunların ali məktəblərə qəbulu zamanı 600- dən artıq bal toplayan şagirdlərin çoxu Xırdalan məktəblərinin payına düşür. Uşaq bağçası – körpələr evlərinə də diqqət artırılmışdır.

Uşaq Gənclər İdman Məktəbinin də uğurları böyük olmuşdur. Məktəbin sərbəst güləşçisi Hacı Əliyev 4-cü İslam həmrəyliyi oyununda 1-ci yer, Fransada keçirilən dünya çempionatında 2-ci yerləri tutmuşdur. Nəsirova Türkan Finlandiyada keçirilən Dünya çempionatında 2 -ci yer, Litvada keçirilən hərbiçilərin dünya çempionatında 2-ci yer, böyüklər üzrə dünya kubokunda 3-cü yer, və Polşada keçirilən Dünya çempionatında isə 3-cüyerləri tutmuşdur.

Mədəni-maarif müəssisələrinin fəaliyyəti də canlandırılmış, əlamətdar və tarixi günlərdə, bayramlarda özfəaliyyət kollektivlərinin, respublikanın görkəmli muğam ustalarının və digər sənət adamlarının əhali qarşısında rəngarəng çıxışları olmuş, bir neçə dəfə atəşfəşanlıq təşkil edilmişdir.

Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində tədbirlər ötən ildə də ardıcıllıqla davam etdirilmişdir. Xüsusi ilə səhiyyə xidmətinin maddi - texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər tibb işçilərinin fəaliyyətinə əlverişli şərait yaratmışdır. Respublika Prezidentinin tapşırığına əsasən şəhərimizdə yaşayan bütün əhalinin də tibbi müayinədən mütəşəkkilliklə keçirilməsi uğurla başa çatmışdır.

Gigiyena və Epidemioloji nəzarət gücləndirilmiş, sanitariya təmizliyi vəziyyətinə vaxtaşırı reyd və yoxlamalar keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilmişdir. Bunun nəticəsidir ki, epidemioloju vəziyyətin sabitliyi təmin olunmuş, kütləvi yoluxucu epidemiyalara təsədüf olunmamışdır.

Şəhərin ərazisində ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının toxunulmazlığı nəzarətdə saxlanmışdır. Hüquq-mühafizə orqanları ictimaiyyətlə sıx əlaqədə fəaliyyət göstərməklə cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili istiqamətində fəaliyyətlərini xeyli gücləndirmişlər.

Şəhər ərazisində daimi qeydiyatda olan sakinlərimiz 98.563 nəfər, məcburi köçkünlər 9764 nəfər , qeyri rəsmi yaşayan əhalinin sayı 126700 nəfərdir. Cəmi Xırdalan şəhərində 235027 nəfər əhali məskunlaşmışdır. Onların sosial-məişət qayğıları, rastlaşdıqları çətinliklərin və müraciətlərin operativ aradan qaldırılması şəhər rəhbərliyinin daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Azbentonit zavodu və dəmir yolu yaxınlığındakı ərazidə yaşayan məcburi köçkünlər üçün yeni qaz xətti çəkilib istifadəyə verilmişdir.

2017- ci ildə nümayəndəlik tərəfindən idarə, müəssisə və təşkilatlara 246 ədəd məktub göndərilmiş, 208 ədədi isə daxil olmuşdur. Vətəndaşlardan müxtəlif məzmunlu 71 ədəd ərizə və müraciət daxil olmuşdur ki, onlara da vaxtında baxılıb tədbir görülmüş və ya cavab göndərilmişdir. Vətəndaşlara 1443 ədəd müxtəlif təyinatlı arayışlar, əmək qanunvericiliyi və ümumi işlə əlaqədar 22 sərəncam verilmişdir. Vətəndaşların 65 şifahi müraciətləri aidiyyatı xidmət təşkilatlarının iştiraki ilə operativ şəkildə baxılmış, təkrar və süründürməçiliyə yol verilməmişdir. Həyətlərin abadlaşdırılmasına görə görülən işlərlə əlaqədar vətəndaşlardan minnətdarlıq məktubları daxil olmuşdur.

Mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə yerlərdə Nümayəndəlik sakinlərlə səyyari görüşləri keçirilir, sakinlər tərəfindən 31 müraciət edilmişdir. Bununla yanaşı 64 vətəndaş Nümayəndəlik tərəfindən qəbul edilmişdir.

Abşeron rayonu ” İstilik Təchizatı “ MMC şəhərin tədris müəssisələri, səhiyyə, mədəni – maarif ocaqlarındakı istilik sisteminin qaydaya salınması istiqamətində bir sıra tədbirlər həyata kecirmişdir.

Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Birliyi, Gigiyen və Epidemiologiya Mərkəzi və Xırdalan şəhər bələdiyyəsi ilə birlikdə Bakı – Şamaxı və Bakı-Sumqayıt avtomobil yollarının şəhər istiqaməti boyunca, eləcədə mərkəzi küçələrin ətrafında təmizlik işləri, küçə ticarətinin tənzimlənməsi, küçə işıqlarının işlək vəziyyəti, sanitariya qaydalarına və normalarına ciddi riayət olunması məqsədilə reydlər keçirilmişdir.

Daha sonra toplantıda Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədov, rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov, Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Məhərrəm Abdulov, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev və başqaları çıxış ediblər. Onlar son illərdə Xırdalanda baş vermiş müsbət dəyişiklikləri qeyd edərək, nümayəndəliyin işini müsbət qiymətləndiriblər.

Sonda Abşeron Rayon İcra Hakimiyyəti başcısının müavini Ilham Quliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə catdırıb. Xırdalan şəhəri ərazisində sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlarını verib. İ.Quliyev Prezident İlham Əliyevin öz nitqində ki çıxışını əsas gətirərək bildirib ki, gələcək illərdə də Aşeron rayonunun inkişafı sürətlə gedəcək, burada bütün məsələlər öz həllini tapacaq, sosial problemlər bundan sonrada həll olunacaq.


Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.
Xırdalan şəhər icra nümayəndəliyi öz hesabatını verdi.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir