Ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamına əsasən Xırdalan şəhərindəki 23 çoxmənzilli binada əsaslı təmir işləri sürətlə davam edir. Belə ki, təmir olunan binaların dam örtükləri tamami ilə yenidən qurulur, blok girişlərinin və pilləkən qəfəsələri əsaslı təmir olunur, qapı və pəncərələri, kommunikasiya xətləri yenilənir. Həmçinin ətraf ərazidə də abadlıq işləri həyata keçirilir. Müasir işıqlandırma sistemi quraşdırılır, sakinlərin rahat dincəlmələri üçün istirahət güşələri yaradılır, həyətlərinə dekorativ tipli döşəmə daşları vurulur.
Absheronxeber.az saytı əsaslı təmir işləri aparılan binalardan fotolar təqdim edir.