Absheron Media
Haqqımızda Bizimlə əlaqə

AZƏRBAYCAN-MİSİR ƏMƏKDAŞLIĞININ İNKİŞAFINDA ABŞERON RAYONUNUN XÜSUSİ ROLU VARDIR

Tarix:22-02-2018, 23:13

AZƏRBAYCAN-MİSİR ƏMƏKDAŞLIĞININ İNKİŞAFINDA ABŞERON RAYONUNUN XÜSUSİ ROLU VARDIR


Misirdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Baş naziri və Qəlubiyyə vilayətinin qubernatoru ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Azərbaycan parkına gələrək ulu öndər Heydər Əliyevin burada ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Nümayəndə heyəti Azərbaycan parkı və parkda fəaliyyət göstərən kitabxana ilə tanış olub, kitabxanaya ölkəmiz haqqında kitab bağışlayıb.

Sonra nazir Şahin Mustafayev və nümayəndə heyətinin üzvləri Qəlubiyyə vilayətinin qubernatoru Məhəmməd əl Əşməui ilə görüşüblər. Görüşdə Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyi, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi diqqətə çatdırılıb, regionlararası əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd edək ki, Misirin Qəlubiyyə vilayəti ilə Azərbaycanın Abşeron rayonu qardaşlaşmış rayonlardır.

Daha sonra nümayəndə heyətinin Misirin Baş naziri Şərif İsmayıl ilə görüşü olub. Görüş zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyəti vurğulanıb. İndiyədək 50-dək qarşılıqlı səfərin həyata keçirildiyini qeyd edən Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin Misirə bu səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış 50-yə yaxın sənəd iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. Ölkələrimizin ticarət, investisiya, enerji, turizm, sosial və sair sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir Şahin Mustafayev əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Vurğulanıb ki, ticarət əlaqələri, xüsusilə də Azərbaycan məhsullarının Misirə ixracını genişləndirmək mümkündür. Həmçinin Misir şirkətləri yükdaşımalarında Azərbaycanın tranzit potensialından - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər marşrutundan yararlana bilərlər.

Görüşdə Abşeron rayonunun Azərbaycan ilə Misir arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığı, digər rayonların da Misirin əyalətləri ilə belə işgüzar əlaqələr qurmasına ehtiyac duyulduğu vurğulanıb.

Baş nazir Şərif İsmayıl Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib.

AZƏRBAYCAN-MİSİR ƏMƏKDAŞLIĞININ İNKİŞAFINDA ABŞERON RAYONUNUN XÜSUSİ ROLU VARDIR
AZƏRBAYCAN-MİSİR ƏMƏKDAŞLIĞININ İNKİŞAFINDA ABŞERON RAYONUNUN XÜSUSİ ROLU VARDIR

Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın legitim hüququdur
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
İlham Əliyev Xırdalanda 11 nömrəli məktəbin yeni binası ilə tanış olub - Video
Övladlığa uşaq götürmək üçün nə etməli?
Övladlığa uşaq götürmək üçün nə etməli?
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, səmərəli dövlətçilik konsepsiyası Azərbaycanı güclü bir dövlətə çevirmişdir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu
Demokratik inkişafın Heydər Əliyev modeli
Demokratik inkişafın Heydər Əliyev modeli
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq inkişaf edir
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edilib
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Ermənistanın növbəti şantaj kampaniyası da uğursuzluğa düçar oldu
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə görüş keçirilib.
Abşeron rayon İcra Hakimiyətində təcrübə keçən könüllülərlə  görüş keçirilib.
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
Abşeronda ana südü ilə qidalandırmanı təşviq edən aksiyalar keçirilib
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib